SON XƏBƏRLƏR

Azərbaycanlı siyasi fəal Yaşar Tohidinin sağlıq durumu ağırlaşıb

2022.11.16, 11:21
Azərbaycanlı siyasi fəal Yaşar Tohidinin sağlıq durumu ağırlaşıb

Gunaz.tv

Müalicəsinə icazə verilməyən siyasi məhbusun sağlıq durumunun ağırlaşdığı və həyatının təhlükədə olduğu bildirilir.

İnsan haqlarına təşkilatlarına yaxın mənbənin verdiyi məlumata görə, oktyabrın 15-də Evin zindanında yanğın və etiraz baş verdiyi zaman Yaşar Tohidi 3 gülə yarası alıb.

O, dözlülməz ağrılardan əziyyət çəkir və zindanın tibb məntəqəsində ona yalnız ağrıkəsici həblər verməklə kifayətlənirlər.

Evin zindanının 8-ci bölməsində saxlanılan  öyrənci hərəkatının azərbaycanlı fəalı Yaşar Tohidi iyunun 7-də barəsində çıxarılan həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanına aparılıb.

O,  İman Əfşarinin başçılıq etdiyi Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsi tərəfindən “Marsksist cərəyanlara üzv olmaqla ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq” ittihamı ilə 3 il 5 ay həbs cəzasına məhkum edilib.

Yaşar Tohidi 23 iyun 2021-ci ildə Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılaraq Evin zindanının təhlükəsizlik təcridxanasına köçürülüb.

Öyrənci hərəkatının fəalı 12 gün dindirildikdən sonra 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb. 

Tohidi bundan öncə də dinc fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar