SON XƏBƏRLƏR

“Azərbaycanla hansısa sənədin imzalanması ilə bağlı heç bir razılaşma yoxdur” – Paşinyanın müavini

2021.11.23, 12:01
“Azərbaycanla hansısa sənədin imzalanması ilə bağlı heç bir razılaşma yoxdur” – Paşinyanın müavini

Gunaz.tv

Bu sözləri Ermənistanın baş nazirinin müavini, Üçtərəfli işçi qrupunun həmsədri Mqer Qriqoryan “Qraparak” qəzetinə müsahibəsində deyib.

M. Qriqaoryan bununla Azərbaycanla yaxın zamanlarda imzalanacağı barədə yayılan məlumata münasibət bildirib.

Dünən KİV-lərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 26 noyabrda Soçidə görüşəcəkləri barədə xəbər yayılıb.

Qriqoryanın sözlərinə görə, görüşün olub-olmayacğından asılı olmayaraq demarkasiya və delimitasiya barədə danışıqlar getməlidir. Baş nazirin müavini Brüsseldə prezident İlham Əliyevə Paşinyan arasında keçirləcək görüşün gündəliyini şərh etməyib.

“Naxçıvana dəhliz”lə bağlı danışan Qriqoryanın sözlərinə görə, bu məsələ müzakirə olunmasa da Ermənistan hər iki dövlət arasında kommunikasiyaların və nəqliyyat yollarının qarşılıqlı şəkildə açılmasını dəstəkləyir.

O bildirib ki, hazırda tərəflərin ümumi məxrəcə gəlməsi barədə təsdiqedici bir söz deyə bilməz: “Ekspertlər səviyyəsində kommunikasiyaların açılması ilə bağlı müxtəlif varianlar var. Amma hansı sonda variantın keçərli olacağı aydın deyil”.  (azpost.info)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar