SON XƏBƏRLƏR

“Azərişıq” film çəkdi - “İşıqlı Qarabağ”-VİDEO

2021.12.24, 13:34
“Azərişıq” film çəkdi - “İşıqlı Qarabağ”-VİDEO

Gunaz.tv

Filmdə Cəbrayıl rayonu və Hadrut qəsəbəsinə hələ müharibə davam edən vaxtlarda elektrik xətlərinin çəkilməsindən, eləcə də Zəngilan, Qubadlı rayonları və Şuşa şəhərində görülən işlərlə bağlı real kadrlar və müsahibələr təqdim edilir.

Həmçinin sənədli filmdə Kəlbəcər rayonu ərazisində Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən görülən işlərdən bəhs edilir.

Xüsusilə də qarlı və şaxtalı günlərdə Hərbi hissələrə elelktrik xətlərinin çəkilişində iştirak edən fədakar “Azərişıq” əməkdaşlarının fəaliyyəti “İşıqlı Qarabağ” sənədli filmində real kadrlarla göstərilir.

““Azərişıq” olaraq hər zaman Ali Baş Komandanən rəhbərliyi altında ölkəmizin hər qaraşının abadlıq-quruculuq işlərində iştirakdan və xalqımıza xidmətdən böyük şərəf duyuruq”, - deyə qurum bəyam edib.

Televiziya tamaşaçıları filmə bu gün saat 15:30-da Real TV-nin, saat 21:40-da isə Space TV-nin efirində izləyə bilərlər. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar