SON XƏBƏRLƏR

“Az yaşadı, amma kişi kimi yaşadı oğlum…” –Şəhid atası göz yaşları içində vidalaşdı-VİDEO

2022.08.06, 08:38
“Az yaşadı, amma kişi kimi yaşadı oğlum…” –Şəhid atası göz yaşları içində vidalaşdı-VİDEO

Gunaz.tv

Şəhid atası bildirib ki, Füzuli rayonunun Əhmədalılar kəndindən məcburi köçkün kimi Bakıda məskunlaşıblar. Üç övladından birini şəhid verib:

“Vətən sağ olsun! Samirin əmisi də qazi olmuşdu. Biz özümüz nə zülmlər çəkmişik. 23 yaşım var idi mən qaçqın düşəndə. Ermənilərə görə nələr yaşadığımızı danışanda oturub qulaq asırdı. 

Deyirdi, siz nələr çəkmisiniz. 9 ayında 10 günlük məzuniyyətə gəlmişdi, 2 gün qaldı, dedi ki, uşaqlardan ötrü darıxıram. Çox ürəkli, vətənpərvər, qeyrətli oğul idi. Yeri cənnət olsun. Allah şəhidlərə rəhmət eləsin!

Əzab-əziyyətlə övlad böyüdürsən, qoca vaxtı bəhrəsini görmək istəyəndə, sən onun çiynində getmək istəyəndə, o sənin çiynində gedir. Ən böyük dərd budur…”

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar