İranda sünnilərə qarşı ayrı-seçkilik narazılıq doğurdu: "Hakimiyyət bu rəftarı dəyişməlidir"

2021-05-14 15:35

İranın Zahidan şəhərinin sünni imam cüməsi Mövləvi Əbdülhəmid, mayın 13-də Ramazan bayramı namazı mərasimində çıxış edərək, qarşıdan gələn prezident seçkilərindən və ölkənin sünni məzhəbli əhalisinə, o cümlədən də bəluclara qarşı ayrı-seçkiliyin davam etdirilməsindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Öz çıxışında İranın sünni məzhəbindən olan vətəndaşlarının prezidentliyə namizədliyinə qadağa qoyulmasından və onların dövlət qurumlarında işə götürülməsinə məhdudiyyət qoyulmasından gileylənən Mövləvi Əbdülhəmid deyib ki, sünnilər onlara qarşı tətbiq edilən ayrı-seçkiliyə görə İran İslam Respublikasının hakimiyyətindən narazıdır.


“Hesab edirik ki, İran İslam Respublikasının rəsmiləri ölkənin sünni əhalisinə qarşı rəftarını dəyişməli, onlara qarşı edilən ayrı-seçkilikləri aradan qaldırmalı, ölkədə ədalətin icrasına şərait yaratmalıdır. 


Bu gün heç bir İran vətəndaşı prezident seçkilərinə namizədliyini irəli sürənlərin bu şəkildə süzgəcdən keçirilməsini, onlara məhdudiyyət qoyulmasını və onların prezidentliyə səlahiyyətinin geniş şəkildə rədd edilməsi bəyənmir. Gəlin seçkiləri hansısa bir qrup və ya siyasi qanada məhdudlaşdırmayaq. Gəlin seçkilər dairəsini eləgenişləndirək ki, siyasi əqidəsindən və məzhəbindən asılı olmayaraq hamı meydana çıxıb seçkilərə qatıla bilsin.


Bu gün Sistan-Bəlucistanda və sünnilərin yaşadığı digər bölgələrdə bu qədər yoxsullu və işsizliyin baş alıb getməsinin, korrupsiyanın və iqtisadiyatda bu qədər mənimsəmə və yeyinti hallarının mövcud olmasının əsas səbəbi məhz həmin ayrı-seçkilikdir. Bu isə ölkənin şiə-sünni əhalisinin narazılığına səbəb olub.


İslam inqilabının qələbə çalmasından 42 il keçməsinə baxmayaraq, bu gün ölkədə əhali ilə rəsmilər arasında belə böyük bir uçurumun formalaşması sadəcə olaraq insanda təəssüf hissi doğurur. 


Təəssüflər olsun ki, bu gün ölkədə baş verən astronomik oğurluqlar və yeyinti halları daha çox üzdə özünü qatı müsəlman kimi göstərənlər və namazın ilk cərgəsində duranlar və hökumət tədbirlərində fəal iştirak edənlər tərəfindən həyata keçirilir. Üzdə özlərini müsəlman və mömin kimi qələmə verən bu kimi şəxslər az sonra fürsət düşən kimi hər şeyi yerli-dibli süpürüb özləri ilə aparırlar. 


Ölkə konstitusiyası prezident seçməyi istisna edərək, bu posta yalnız şiələrin seçilə biləcəyini qeyd edəb. Lakin konstitusiyada sünnilərin digər mühüm postlara seçilməsinə və ya təyin ediıməsinə hər hansı bir qadağa və məhdudiyyəq qoymayıb.

 
Bütün bunlara baxmayaraq, bəzi hakimiyyət orqanlarında oturan bəzi şəxslər və cərəyanlar özlərini qanundan üstün sayaraq, sünnilərin ölkənin bir sıra mühüm və həssas qurumlarında işə götürülməsinə və ya vəzifəyə təyin edilməsinə mane olur, bunun qarşısını alırlar. Sünnilərə olan belə bir baxış tərzi isə davam edəcəyi təqdirdə təəssüflər olsun ki, sounda ölkənin məhvinə gətirib çıxaracaq. 


Unutmayaq ki, İran bütün iranlılara məxsusdur. Daha doğrusu, İran, İranda yaşayan bütün əhaliyə və insanlara məxsusdur. Biz, İranın konkret yalnız hansısa bir qrupa və məzhəbə məxsus olmasını qəbul etmirik. 


Əgər ölkənin sünni əhalisinə, o cümlədən də bəluclara olan baxış tərzi dəyişməsə, ölkədə olan mövcud ayrı-seçkiliklərə görə, sünnilərin qarşıdan gələn seçkilərində geniş iştirakı gözlənilməməli, bu barədə gözləntilər olmamalıdır”, -deyə İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin sünni məzhəbli imam cüməsi Mövləvi Əbdülhəmid dünən Ramazan bayramı namazı mərasimində etdiyi çıxışında bəyan edib. 


Qeyd edək ki, İran Konstitusiyasının 115-ci maddəsinə əsasən, ölkə prezidenti yalnız şiələr arasından seçilə bilər və prezidentliyə namizədliyini irəli sürən hər bir şəxsin şiə olması əsas şərtlərdən biridir. İran əhalisinin 25 milyondan çoxunu sünnilər təşkil etməsinə baxmayaraq, onların həssas dövlət qurumlarında işə götürülməsinə və ya vəzifə tutmasına qadağa qoyulur, digər hüquqları məhdudlaşdırılır.


İranda 13-cü prezident seçkiləri iyunun 18-də keçiriləcək. 

ایرنا - نماز عید سعید فطر اهل تسنن زاهدان

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: “Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq”

2021-06-21

gun az article

Ukraynalı deputat: "Şuşa bəyannaməsi bütün regionda inteqrasiyaya öz töhfəsini verəcək"

2021-06-21

gun az article

Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması şansı yaranıb"

2021-06-21

gun az article

BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib

2021-06-21

gun az article

Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən danışdı

2021-06-21

gun az article

Anomal isti ilə bağlı xəbərdarlıq edildi

2021-06-21

gun az article

Azərbaycan və Pakistan birgə hərbi təlimlər keçirəcək

2021-06-21

gun az article

245 nəfər Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilib

2021-06-21

gun az article

İbrahim Rəisi 1988-ci ildəki edamlardan danışdı: “Bunun üçün işim qiymətləndirilməli, təşviq edilməliyəm”

2021-06-21

gun az article

Türkiyə Azərbaycanda PUA istehsalının təşkili imkanlarını araşdırır

2021-06-21

gun az article

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib -FOTO

2021-06-21

gun az article

Kreml: Paşinyanın inamlı qələbə qazandığını görürük

2021-06-21

gun az article

Laçının Qalaça kəndi - VİDEO

2021-06-21

gun az article

Nigar Arpadarai: “AŞPA-da əsas məsələləri gündəmə gətirəcəyik”

2021-06-21

gun az article

Azərbaycan müdafiə nazirinin müavini Moskvaya gedib

2021-06-21

gun az article

İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqlədi

2021-06-21

gun az article

Paşinyan qisasçılara qalib gəldi: "Erməni xalqı müharibəni seçmədi"-Sülhəddin Əkbər

2021-06-21

gun az article

Şimali Xorasanda təlim təyyarəsi qəzaya uğrayıb: 2 ölü-FOTO

2021-06-21

gun az article

İranın nüvə sazişinin canlandırılması danışıqlarına müvəqqəti ara verilib

2021-06-21

gun az article

"İranın cəllad rejimi ilə nüvə müzakirəsi lüzumsuzdur"-İsrailin Baş naziri

2021-06-21