Güney Azərbaycanın (Azərbaycan) milli-mədəni fəalı, Qarabağa mənəvi dəstəyini ifadə etdiyi üçün İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə təhdid edilmişdir.
Gunaz.tv
Günaz TV-nin məlumatına görə, təhlükəsizlik qüvvələri Tehran sakini Zəhra Aslani ilə telefon əlaqəsi quraraq ondan Tehran “ETTELAAT” İdarəsinə getməsini istəyiblər.
Ancaq milli fəal telefon çağırışının qanunsuz olduğunu, qanuni və yazılı çağırış almadığı üçün təhlükəsizlik idarəsinə getməkdən imtina edib.
Məlumata görə, təhlükəsizlik məmurları daha sonra milli fəalın Muğannın Parsabad şəhərindəki Ata evinə gediblər.
Xanım Aslanini həbs edə bilməyən təhlükəsizlik qüvvələri ona davamlı zəng edərək hədələyiblər. Onlar, milli fəalın bacıısı qızını ad oxşarlığı səbəbindən həbs ediblər.
Fəalın təqib və təhdid edilməsinin Güney Azərbaycanda Qarabağ və Azərbaycan ordusuna dəstək nümayişləri ilə əlaqəli ola biləcəyi ehtimal olunur.
C.E