SON XƏBƏRLƏR

Özbəkistan rəsmisi: "Mərkəzi Asiyanın gələcəyi inkişaf etmiş nəqliyyat habıdır"

2021.10.23, 09:29
Özbəkistan rəsmisi: "Mərkəzi Asiyanın gələcəyi inkişaf etmiş nəqliyyat habıdır"

Gunaz.tv

Bunu Özbəkistanın xarici işlər nazirinin müavini Furkat Siddikov paytaxtda keçirilən “Mərkəzi Asiyada mehriban qonşuluq münasibətlərinin qurulması: Özbəkistanın praqmatik xarici siyasəti” adlı ekspert platforması çərçivəsində çıxışında bildirib.

“İstəyirik ki, regionumuz Xəzər dənizinə də çıxışı olan nəqliyyat habına çevrilsin”, - F.Siddikov deyib.

Nazir müavini hesab edir ki, Özbəkistan son illər regiondakı qonşuları ilə münasibətləri köklü şəkildə dəyişərək, yeni səviyyəyə çatdırıb.

Eyni zamanda, Mərkəzi Asiyanın bütün regional ölkələri ilə münasibətlər strateji səviyyəyə çatdırılıb. 

"Xüsusilə də, Əfqanıstandakı yeni vəziyyətlə əlaqədar olaraq, region ölkələri qarşısında yeni vəzifələr və çağırışlar durur.

Əfqanıstan ilə münasibətlər də daxil olmaqla, bu vəzifələrin öhdəsindən gəlmək tələb olunur", - Özbəkistanın xarici siyasət idarəsi rəhbərinin müavini qeyd edib.  (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar