SON XƏBƏRLƏR

Özbəkistan və Əfqanıstan rəsmiləri görüşdü

2021.10.20, 07:36
Özbəkistan və Əfqanıstan rəsmiləri görüşdü

Gunaz.tv

Özbəkistan Xarici İşlər Nazirliyinə istinadla xəbər verilir ki, görüşdə Özbəkistan tərəfdən Baş nazirin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov, qonşu dövlət tərəfdən Əfqanıstan İslam Əmirliyi Müvəqqəti Hökuməti sədrinin müavini vəzifəsini icra edən Abdul Salam Hanafinin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edib.

Görüşdə hər iki ölkənin müxtəlif nazirlikləri arasında ticarət-iqtisadi, energetika, tranzit, beynəlxalq yükdaşımalar, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, həmçinin təhsil və humanitar sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Danışıqlarda Özbəkistanla Əfqanıstan arasında infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin “Surxan-Puli Xumri” elektrik xəttinin və “Məzari-Şərif – Kabil - Peşəvər” dəmiryol layihəsinin tikintisi məsələləri diqqət mərkəzində olub.

Görüşün yekununda müzakirə olunan bir sıra məsələ ilə bağlı razılıq əldə edilib.

Sonda Əfqanıstan nümayəndə heyəti qonaqpərvərlik və səmərəli danışıqlara görə özbək tərəfinə minnətdarlığını bildirib. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar