SON XƏBƏRLƏR

Zəhra Nəvidpurun Məlikanın millət vəkilinin cinsi təcavüzünə məruz qaldığına dair sənədlərin daha bir hissəsi yayımlanacaq – GünAz TV-də

2021.10.20, 07:36
Zəhra Nəvidpurun Məlikanın millət vəkilinin cinsi təcavüzünə məruz qaldığına dair sənədlərin daha bir hissəsi yayımlanacaq – GünAz TV-də

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Televiziyası Zəhra Nəvidpurun Məlikanın millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalması, həmçinin “Sapah” və Ettelaat İdarəsinin həmin qızın qətlə yetirilməsində rolu barədə yeni sənədlər yayımlayacaq.

 

GünAz TV-nin “165 dəqiqə” proqramının aparıcısı Cavad İsmayılbəyli yanvarın 9-da, mövzu ilə bağlı cümə günü  “165 dəqiqə” proqramında yeni materialların təqdim olunacağını qeyd edib.

 

Video materiallarının birinci hissəsi 2018-ci il noyabrın 19-da “165 dəqiqə” proqramında yayımlanıb.

 

Cavad İsmayılbəyli sənədlərin hamısının yayımlanmadığı barədə bildirib ki, bu materialların bir hissəsi olduqca gizli sənədlərdən ibarətdir, onların yayımlanması Zəhra Nəvidpura qarşı sui-qəsdə səbəb ola bilərdi.

 

Məlumata görə, xanım Zəhra Nəvidpur bütün sənədlərin yayımlanmasını təkidlə istəyib. “165 dəqiqə” proqramının aparıcısı isə materialların hamısının yayımlanmamasının səbəblərini tam olaraq açıqlayıb.

 

GünAz TV kollektivi məsələnin önəmini nəzərə alaraq gizli sənədlərin yayımlanması üçün lazımi şəraitin yaranmasını gözləyib. Ona görə ki, xanım Zəhra Nəvidpurun İrandan çıxması və onun təhlükəsizliyini təmin etmək məsələsi gündəmdə olub.

 

Yanvarın 11-də “165 dəqiqə” proqramında təqdim olunacaq sənədlər Səs Fayllarından ibarətdir. Zəhra Nəvidpur öldürülmədən əvvəl bu materialları Cavad İsmayılbəyliyə göndərib.

 

Proqramın aparıcısının sözlərinə görə, sözügedən materialların bir hissəsi Zəhra Nəvidpurla Məlikan Ettelat Şöbəsinin rəisi arasındakı söhbətin Səs Faylıdır.

 

Materiallardan görünür ki, Zəhra Nəvidpurun qətlə yetirilməsində Məlikan “Sepah”ının komandanı Rəhməti və bu şəhərin Ettelaat Şöbəsinin də əli var və adı çəkilən xanım iki hökumət orqanı arasında olan ixtilafın qurbanı olub.

 

“165 dəqiqə” proqramı hər həftə bazar ərtəsi, çərşənbə və cümə günləri Təbriz vaxtı ilə saat 20:30-da Cavad İsmayılbəylinin aparıcılığı ilə canlı olaraq GünAz TV-dən yayımlanır.

 

Xatırladaq ki, Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb. 28 yaşlı qız son 4 il ərzində sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalıb. Bu barədə məhkəmə araşdırmaları heç bir nəticə verməyib, qız isə davamlı olaraq millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilib.

 

https://www.youtube.com/watch?time_continue=2&v=Fb9MuA84FzI

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar