SON XƏBƏRLƏR

Zəhra Nəvidpurun qətlinin əsas şübhəlilərindən biri olan Rza Nəxost Murad kimdir? – GÖRÜNTÜ

2021.10.20, 07:36
Zəhra Nəvidpurun qətlinin əsas şübhəlilərindən biri olan Rza Nəxost Murad kimdir? – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, həyatdaykən Məlikanın (Məkin kəndi) sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb.

 

Azərbaycanlı qadının müəmmalı ölümünün əsas şübhəlilərindən biri İslam İnqilabı Keşikçilər Korpusunda (“Sepah”) polkovnik Rzayi adı ilə tanınan Rza Nəxost Muraddır, bunu bir çox etibarlı mənbə təsdiq edir.

 

Seyfəli oğlu Rza Nəxost Murad Binabın Çılğay kəndindəndir. O təxminən 1.5 ildir ki, Məlikan “Sepah”ının təhlükəsizlik bölümünün rəisi, eyni halda 2013-cü ilin yaz aylarından Çılğay kəndinin Şəhid Beheşti Bəsic Mərkəzinin komandanıdır.

 

Zəhra Nəvidpurun qətlinin əsas şübhəlilərindən olan “Sepah” rəisi son vaxtlar ölkə üzrə Bəsic mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsində nümunə komandir kimi seçilib.

 

Rza Nəxost Muradın ailəsi Ettelaat İdarəsinə yaxınlığı ilə tanınır. Atası Seyfəli Binabda samovar düzəltməklə məşğuldur, bir qardaşı sözdə şəhid olub, qardaşı oğlu Hadi Nəxost Murad Təbriz “Sepah”ının təhlükəsizlik bölümünün üzvüdür. Onun əsas vəzifəsi Təbrizdə kütləvi etirazları yatızdırmaqdan ibarətdir.

 

Rza Nəxost Muradla Zəhra Nəvidpurun arasındakı söhbətin Səs Faylında aydın olur ki, ona “Sepah” tərəfindən göstəriş verilib ki, Zəhra Nəvidpura bir sim-kart versin və onun Salman Xudadadinin əleyhinə şikayət etməsinə şərait yaratsın. O həmçinin Məlikan “Sepah”ının komandiri polkovnik Saleh Rəhməti ilə Zəhra Nəvidpurun arasında əlaqə yaranmasına şərait yaradıb.

 

Xatırladaq ki, Məlikanın Təzəqala kəndinin sakini Zəhra Nəvidpur həyatdaykən Məlikanın sözdə millət vəkili və İran parlamentinin ictimai komissiyasının rəisi Salman Xudadadinin cinsi təcavüzünə məruz qalıb. Onun cansız bədəni yanvarın 6-da anası evində tapılıb. Bir çox sənədlərə görə 28 yaşlı qızın qətlində Məlikanın Ettelaat İdarəsi və “Sepah”ın təhlükəsizlik bölümünün əli var.

 

Bu cinayət hadisəsi soydaşlarımızın kəskin etirazına səbəb olub. Azərbaycan ictimaiyyəti cinayət faktının araşdırılmasını, günahkarların cəzalandırılması və Salman Xudadadinin ən azı parlamentdən uzaqlaşdırılmasını tələb edir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar