SON XƏBƏRLƏR

Zəncan Əyalətində böyük tikinti layihəsi yarımçıq buraxılıb

2021.10.20, 07:36
Zəncan Əyalətində böyük tikinti layihəsi yarımçıq buraxılıb

Gunaz.tv

GünAz TV: Son vaxtlar Güney Azərbaycan Əyalətlərində çox sayda tikinti layihəsinin yarımçıq buraxıldığı haqda müxtəlif xəbərlər yayılır.

 

Zəncan Əyalətinin Xürrəmdərə şəhərində isə bir qədər fərqli səbəbdən stadionun tikinti layihəsinin icrası dayandırılıb.

 

Bu barədə Xürrəmdərə Gənclər və İdman İdarəsinin rəisi İslam Məhhəmmədipur “İsna” xəbə agentliyinə danışıb.

“5 min nəfərlik stadionun tikinti layihəsinin icrası dayandırılıb. Bu, tikilməkdə olan stadionun silika fabrikinin yaxınlığında yerləşməsi ilə bağlıdır. Fabrik bu ərazinin havasını çirkləndirib, havadakı silika zərrəcikləri xərçəng xəstəliyinə səbəb olduğu üçün layihə davam etdirilməyib”- deyə o bildirib.

 

İ.Məhəmmədinin sözlərinə görə, bir neçə il əvvəl icrasına başlanılan layihəyə bu günə qədər bir milyard tüməndən çox vəsait xərclənib.

 

Bölgənin idman potensialına işarə edən Xürrəmdərə Gənclər və İdman İdarəsinin rəisi vurğulayıb ki, “Silika fabriki stadion üçün münasib bir yerdə torpaq almağa hazırdır, ona görə də ən qısa zamanda bu barədə qərar verilməli və bu qeyri-müyyən vəziyyətə son qoyulmalıdır.”

O sözlərinin sonunda bütün səlahiyyətli orqanları nəzərdə tutulan stadionun tikinti layihəsinin icrasına dəstək verməyə çağırıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar