GünAz TV: Zəncan Məntəq Su İdarəsinin rəis müavini əyalətdə yerləşən 5 düzənliyin su böhranı ilə üzləşdiyini bildirib.
“Gənc Müxbirlər Klubu” agentliyinin yaydığı məlumata görə, mühəndis İsmayıl Əfşari son yağıntıların bölgədəki yeraltı sualarına bir o qədər də təsir etmədiyini qeyd edib.
“Zəncan Əyalətində 7 düzənlik var. Onlardan 5-i su böhranı ilə üzləşib. Bəzi düzənliklərdə yeraltı suların səviyyəsi 13 metrə qədər aşağı düşüb. Son vaxtlar yağıntıların artmasına baxmayaraq, yeraltı suların səviyyəsi yalnız 30 santimetr yüksəlib.”- deyə o bildirib.
Mühəndis İsmayıl Əfşari son iki mövsümdə 235 dəfə yağıntı qeydə alındığını, bu rəqəmin bir il əvvəlin müvafiq dövrü ilə müqayisədə 5 faiz azalma göstərdiyini diqqətə çatdırıb.
N.S