Zəncan əyalətində ölümlə nəticələnən yol qəzalarının sayı artıb

15.12.2017, 09:35

GünAz TV: Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir.

 

Statistik məlumata görə, son bir ay müddətində (hicri-şəmsi təqvimi ilə aban ayında) Zəncan Əyalətində ölümlə nəticələnən yol qəzalarının sayı artıb.

 

Bu barədə Zəncan Əyalətinin polis rəisi Əli Əsğər Şirməhəmmədi “Fars” xəbər agentliyinə məlumat verib.

 

“Ötən ay Zəncan Əyalətində ölümlə nəticələnən 15 yol-nəqliyyat hadisəsi baş verib, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz artım göstərir. Həmin ayda baş verən yol qəzalarında 16 nəfər həlak olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrində  ölənlərin sayında 45 faiz artım müşahidə olunur”- deyə o bildirib.

 

Əli Əsğər Şirməhəmmədi ötən ilin müvafiq dövrü ilə müqayisədə xəsarət alma ilə nəticələnən yol qəzalarının sayında 6 faiz artım olduğunu bildirərək bu müddətdə xəsarət alma ilə nəticələnən 128 yol qəzası faktının qeydə alındığını deyib.

 

“Ötən ay Zəncan Əyaləti yollarında toplam olaraq 208 yol-nəqliyyat hadisəsi baş verib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyib”- deyə polis rəisi bildirib.

 

Əli Əsğər Şirməhəmmədi baş verən yol qəzalarında minik avtomobillərinin 57, ağır tonnajlı yük avtomobillərinin 20 və motosikletlərin 6 faiz rol oynadığını diqqətə çatdırıb.

 

Qeyd edək ki, Güney Azərbaycanın qeyri-standart yolları uzun illərdir çoxsaylı soydaşımızın ölümünə səbəb olub. İran rejiminin yolların vəziyyətinə laqeyd yanaşması, bu yollarda baş verən yol-nəqliyyat hadisələrinin sayının artması ilə nəticələnir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24