SON XƏBƏRLƏR

Zəncan Şəhər Şurasının üzvü şəhərin kimliyinin dəyişdirilməsini tənqid edib: Şəhərdə qədim yer adları bərpa olunsun

2021.10.20, 07:36
Zəncan Şəhər Şurasının üzvü şəhərin kimliyinin dəyişdirilməsini tənqid edib: Şəhərdə qədim yer adları bərpa olunsun

Gunaz.tv

GünAz TV: Zəncan Şəhər Şurasının üzvü şəhərdə qədim yer adlarının (türk adları) yenidən bərpa olunmasını tələb edib.

 

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, Həmidrza Həmidi bu barədə Zəncan Şəhər Şurasının keçirdiyi iclasda danışıb.

 

“Bu gün müxtəlif şəhərlərin eyniləşməsi prosesinə şahid oluruq. Bu proses şəhərlərin kimliyinin yoxa çıxmasını göstərir. Bunu fərq etmək heç də çətin məsələ deyil. Şübhəsiz ki, bu problem yeni salınan yaşayış məntəqələrində daha ciddidir. Şəhərlər artıq bir-birinə oxşayır, halbuki, keçmişdə belə olmayıb və hər şəhərin özünəməxsus xüsusiyyətləri olub. Məsələn, şəhərləri bir-birindən fərqləndirən amillərdən biri müxtəlif məntəqələr və məhəllələrin adlarıdır. Misal üçün Zəncanda İlahiyyə, Zəfəraniyyə, Mirdamad, Baharistan, Punək və Gülşəhr kimi şəhərcik adları var. Bu adların bizim şəhərlə nə əlaqəsi var ki? Bütün bunlar Tehran məntəqələrindən götürülən adlardır”- deyə o bildirib.

 

Şəhər Şurasının üzvü ictimai tələbatı nəzərə alaraq tarixi türk adların şəhərə qaytarılmasını tələb edib.

“Son illərdə Zəncanda adlar düzgün şəkildə qoyulmayıb. Bu prosesdə əhlinin səsi eşidilməyib. Mən təklif edirəm ki, araşdırmalardan sonra əvvəlki adlar (türk adları) qədim məhəllələrə qaytarılsın və yeni adların əks olunduğu  lövhələr lazımi yerlərdə quraşdırılsın”- deyə H.Həmidi vurğulayıb.

 

Pəhləvi və İslam cümhuriyyəti dövründə türklərin tarix və kimliyini inkar etmək məqsədi ilə minlərlə məkanın adı türkcədən fars dilinə çevrilib vəya yeni fars adları ilə əvəzlənib.

 

Ötən həftə Təbriz 8-ci Məntəqə Bələdiyyə İdarəsinin icraçı direktoru mühəndis Rza Paknəhad Təbriz bazarında dəyişdirilən məkan adlarının yenidən tarixi adlarla əvəzləndiyini bildirmişdir.

Yer adlarının heç bir zaman dəyişməməli olduğunu deyən icraçı direktor problemə aid fikirini belə açıqlamışdır:

“Təəssüflər olsun ki, zaman içində tarixi bazarda yer adları tədricən dəyişdirilib. Bu məsələ bazarın tarixi kimliyini korlamışdır. Belə ki, bazarda əhalinin bildiyi adlarla ziddiyyət təşkil edən lövhələr asılıb. Halbuki, bu məkanlar hələ də əhali arasında qədim adlarla tanınır. Mütəxəssislər də bildirir ki, yer və məkan adlarını dəyişmək və ya onları tərcümə etmək düzgün deyil. Bu adlar əhalinin tələffüz etdiyi kimi də qalmalıdır.”

 

Bir neçə il əvvəl isə Urmiyənin Bələdiyyə İdarəsi oxşar qərar verərək Urmiyə şəhərində dəyişdirilmiş bəzi məntəqə adlarını əsl türk adları ilə əvəzləmişdir.

 

Urmiyə şəhərində bərpa olunan türk adları:

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar