SON XƏBƏRLƏR

Zəncan şəhərində daha 1 nəfər edam edilib

2021.10.20, 07:36
Zəncan şəhərində daha 1 nəfər edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilən daha 1 nəfər edam edilib. Məhkum, 10 gün əvvəl edam edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, altı il əvvəl naməlum səbəbə görə qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan Təbriz şəhər sakini, 34 yaşlı məhkum Rza Əkbəri, martın 13-ü sübh saatlarında Zəncanın mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar