SON XƏBƏRLƏR

Zəncan-Təbriz yolunda 5 azərbaycanlı fəal saxlanılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Zəncan-Təbriz yolunda 5 azərbaycanlı fəal saxlanılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal və musiqi ustadı Həsən Dəmirçinin dəfn mərasimində iştirak etmək məqsədi ilə Tehrandan Təbrizə gəlmək isatəyən 5 azərbaycanlı fəal Zəncan-Təbriz yolunda Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.

 

İyunun 25-də yaxalanan fəallar 15 saat saxlandıqdan sonra sərbəst buraxılıb.

 

Əkbər Azad, Həsən Raşidi, Behnam Şeyxi, Xədicə (Turan) Hejəbri və həyat yoldaşı Bəhram yaxalandıqdan sonra Zəncan Əyalətinin Ettelaat İdarəsinə aparılıb.

 

Təbriz vaxtı ilə sübh saat 5 radələrində yaxalanan fəalların saxlandıqları müddətdə mobil və digər şəxsi əşyaları Ettelaat əməkdaşları tərəfindən götürülüb.

 

Təhlükəsizlik qüvvələri bu hərəkətləri ilə fəalların ustad Həsən Dəmirçinin iyunun 25-də keçirilən dəfn mərasiminə qatılmasına mane olmaq istəyiblər. Lakin onların bütün cəhdlərinə baxmayaraq mərhum fəalla vida mərasimi olduqca izdihamlı keçib.

 

Mövzu ilə bağlı daha çox məlumat almaq üçün bu LİNK-ə müraciət edə bilərsiniz.

 

Fəallar sərbəst buraxıldıqdan sonra bu şəkili çəkdiriblər:

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar