Zəncanda 65 min nəfər şəhərətrafı məhəllələrdə yaşayır

2020-09-23 16:20

Güney Azərbaycanın Zəncan əyalətində 65 min nəfər şəhərlərin ətrafında formalaşan yoxsul yaşayış məntəqələrində məskunlaşıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Zəncan valiliyinin sosial  və mədəniyyət məsələləri üzrə şöbəsinin rəhbəri Məsihullah Sultani məlumat verib.

 

O əlavə edib ki, əyalətdə 9 şəhəryanı yaşayış məntəqəsi formalaşıb. Onlardan 7-si Zəncan şəhərindədir.

 

Sözügedən məhəllələrin zəruri infrastrukturlardan məhrum olduğunu bildirən rəsmi əlavə edib ki, bu məsələlərə diqqət yetirməklə kənar məhəllə sakinlərinin üzləşdiyi ictimai problemlərin qarşısını almaq mümkündür.

 

İnsanların böyük şəhərlərin ətrafında formalaşan “qeyri-qanuni” məhəllələrdə yerləşməsi problemi Güney Azərbaycanın digər şəhərlərində də var. Ən primitiv şəhərsalma qaydalarına riayət olunmayan bu məhəllələrdə adətən kəndlərdən şəhərə köçmüş, eləcə də şəhərin yoxsul ailələri məskunlaşır. şəhərətrafı məhəllələr adətən sürüşmə zonası və ya digər təhlükəli məntəqələrdə salındığı üçün orada tikilən evlər hər an dağılmaq təhlükəsi ilə üz-üzə qalır.

 

Bu məhəllələrdə yaşayanlar səhiyyə və təhsil kimi bir çox xidmətdən istifadə edə bilmir. Kənar məhəllələrdə həmçinin cinayət və narkotik aludəçiliyi nisbəti ciddi şəkildə yüksəkdir.

 

İşsizlik və yoxsulluq nəticəsində şəhərətrafı məhəllələrdə məskən salmağa məcbur olan insanlar narkomaniya, qaçaqmalçılıq, boşanma, zorakılıq və qətl kimi yeni böhranlarla üz-üzə qalırlar.

 

Keçən həftə Həmədan şəhərinin İcra Hakimiyyəti başçısı Hüseyn Əfşari Hər ay orta hesabla 220 ailənin Həmədanın ətrafında formalaşan məhəllələrdə məskunlaşdığını açıqlamışdı.

 

Bir müddət əvvəl də Təbriz şəhərinin şura üzvü, Firidun Babai Əqdəm bu səhərin kənar məhəllələrində yaşayan insanların Zəlzələ və torpaq sürüşməsi təhlükəsi ilə üz-üzə olduqlarını bildirmişdi.

 

Rəsmi açıqlamalara əsasən, Şərqi Azərbaycan əyalətinin əhalisinin 1 milyon 510 min nəfəri “qeyri-qanuni” və dağılmaq təhlükəsi ilə qarşı-qarşıya olan tikililərdə yaşayır.

 

Şərqi Azərbaycanda yararsız vəziyyətdə olan yaşayış məntəqələrin ümumi sahəsi 9 min 364 hektardır.

 

Neçə həftə əvvəl isə Ərdəbil əyalətinin Yol və Şəhərsalma idarəsinin direktoru Məhbub Heydəri Güney Azərbaycanın Ərdəbil şəhərində əhalinin 30 faizinin dağılmaq təhlükəsi ilə qarşı-qarşıya olan tikililərdə yaşadığını açıqlayıb.

 

Onun sözlərinə görə, Ərdəbildə 20, Xiyavda 12, Parsabadda 11 məhəllə, Xalxalda isə 7 məhəllə yararsız və köhnə vəziyyətdədir.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.30.2020 : Qarabağ Cəbhəsində son vəziyyət və İranın müdaxilə cəhdi ,Azərbaycanın Vətən Müharibəsində İran və Rusiyanın mövzei

2020-10-31

gun az article

GünazTV Oct.30.2020-Azadlıq Səsi: Güclü Azərbaycan ordusu və bölgəsəl sabitlik.

2020-10-31

gun az article

GünazTV Oct.30.2020 : “Amnesty International Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib”

2020-10-30

gun az article

Azərbaycanlı universitet müəllimi: "Zəngilanın azad edilməsi Güney Azərbaycanda böyük ruh yüksəkliyinə səbəb olub"

2020-10-30

gun az article

Təbrizdə İranın Güney Azərbaycana qarşı müstəmləkəçilik siyasətinə qarşı divarlara etiraz şüarları yazılıb- FOTO

2020-10-30

gun az article

‍Ərdəbilin Ciral parkında tutulan bütün milli fəallar müvəqqəti azadlığa buraxılıb

2020-10-30

gun az article

GünazTV Oct.27.2020-Sözümüz: İran Məclisi Və Güney Azərbaycan Məsələləri

2020-10-30

gun az article

GünazTV Oct.29.2020- Düşünməyə Çağırı: Azərbaycan və Qarabağ Savaşı

2020-10-30

gun az article

GünazTV Oct.29.2020 : Oktyabrın 28-i Azərbaycan üçün asan olmadı.

2020-10-29

gun az article

Paniranistlər yenidən Təbrizdə yerləşən "Təkəmçilər" heykəlini dağıdıblar- FOTO

2020-10-29

gun az article

Fəal Məqsud Bağıri Gülzar 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azad edilib

2020-10-29

gun az article

GünazTV Oct.28.2020: Qarabağ azadlıqı Dünya mediasında , erməni cinayətləri- Pan-İranizm'in himayəti.

2020-10-29

gun az article

GünazTV Oct.28.2020 : "Ermənistan hərbi cinayət edərək mülki insanlara raket hücumu etdi"

2020-10-28

gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28

gun az article

Hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.

2020-10-27

gun az article

Ermənistanın Baş Naziri Nikol Pasinyan xalqina muraciet etdi.

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27