SON XƏBƏRLƏR

Zəncanda “Cahan” Bitki Yağı Zavodunda işçilərin sayı 600-dən 130-a düşüb – Səbəb?

2021.10.20, 07:36
Zəncanda “Cahan” Bitki Yağı Zavodunda işçilərin sayı 600-dən 130-a düşüb – Səbəb?

Gunaz.tv

GünAz TV: Hökumətə yaxın şəxsin özəlləşdirdiyi  Zəncan “Cahan” Bitki Yağı Zavodunda işçilərin əksəriyyəti ixtisar edilib.

 

Bu barədə Zəncan Valiliyinin Nizam-İntizam və Təhlükəsizlik işləri üzrə məsulu Əmir Hüseyn İskəndəri “Fars” xəbər agentliyinə danışıb.

 

O, işçilərin əməkhaqlarının vaxtı-vaxtında ödənilməməsində zavod rəhbərliyini günahlandırıb. “Maaşların ödənilməməsi, ətraf mühitlə əlaqədar problemlər və borcların qaytarılmaması məsələsində  zavodun sahibi məsuliyyət daşıyır. O adam sanki bu zavodu istehsal üçün almayıb.

 

Zavod 4 il öncə “Darugər Holdinq”inə bağlı olan İsmaili adlı birisinə ötürülüb. Elə zavodun bu günə düşəcəyi əvvəldən bəlli idi. Ona görə ki, bu insan hansı şirkəti alıbsa, o şirkət pis günə düşüb. Zavod bugünkü sahibinə buraxıldıqdan sonra onun 600 işçisindən 130-u qalıb. Hətta son vaxtlar daha bir neçə işçinin ixtisar edildiyi deyilir”- deyə o bildirib.

 

Valilik rəsmisi zavodun fəaliyyətsizliyi məsələsinə  toxunaraq qeyd edib ki, “hazırda xam maddənin təmini ilə bağlı heç bir problem yaşanmır. Zavodun ləng işləməsi vəya dayandırılması sadəcə özbaşınalıqdır. Ona görə ki, bunun üçün hərhansı bir səbəb yoxdur.”

 

Zavod sahibi İsmailini bütün problemlərin səbəbi adlandıran Əmir Hüseyn İskəndəri məsələ ilə bağlı prezidentin birinci müavini İshaq Cahangiriyə müraciət olunduğunu deyib. Onun sözlərinə görə, İ.Cahangiri məsələnin araşdırılması üçün Ticarət, Sənaye və Mədən naziri Məhəmməd Şəriətmədariyə xüsusi göstəriş verib.

 

Qeyd edək ki, Zəncan “Cahan” Bitki Yağı Zavodu Güney Azərbaycanın bir çox istehsal və sənaye müəssisəsi kimi hökumətə yaxın şəxslərə buraxılıb. Fəaliyyət məqsədi ilə alınmayan zavodda sonralar problemlər başlayıb. Hazırda 50-dən çox yaşı olan bir istehsal müəssisəsi bağlanmaq üzrədir. Bu, bölgədə mövcud işsizlər ordusunun sırasını daha da genişləndirir.

 

N.S

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar