Zəncanda işdən çıxarılan bələdiyyə işçiləri etiraz aksiyası keçirib

2020-09-28 13:46

Güney Azərbaycanın Zəncan şəhərində işdən çıxarılan bələdiyyə işçiləri etiraz aksiyası keçiriblər.

Gunaz.tv Quote | Gunaz article

Məlumata görə, “mövsümün dəyişməsi” bəhanəsi ilə işdən çıxarılan Bələdiyyənin Yaşıllıq Idarəsinin fəhlələri bələdiyyə idarəsinin, eləcə də Zəncan əyalətinin valiliyi binalarının qarşısında toplaşaraq problemlərinin həll olunmasını tələb ediblər.

Bəzilərinin son 18 il ərzində bələdiyyənin yaşıllıq idarəsində çalışdığı bildirilən fəhlələr başqa peşədə çalışa bilmədiklərini açıqlayıblar.

 

Etirazçıların dediyinə görə, işçi sayının azaltması məsələsində onların iş təcrübəsi nəzərə alınmayıb, bələdiyyə məsulları ilə yaxın münasibəti olan işçilər işdən çıxarılmayıb.

 

Yerli mənbələrə görə, işdən qovulan işçilərin bir qismi əlillikdən əziyyət çəkir, digərləri isə qocalıq üzündən başqa peşə öyrənmək imkanına malik deyillər.

 

Son aylarda Güney Azərbaycan əyalətlərinin bir neçə şəhərində bələdiyyə idarələrinin işçiləri maaşlarını almaqda problemlərlə üzləşiblər. Ötən həftələrdə Şərqi Azərbaycan əyalətinin Binab şəhərində bələdiyyə işçilərinin son üç ayda maaşlarını ala bilmədikləri məlumatı yayılıb.

Məlumata əsasən, Binab şəhərinin bələdiyyə idarəsi Sosial Təminat idarəsinə, eləcə də podratçılara və işçilərə 50 milyard tümən borcludur.

 

Qeyd edək ki, Güney Azərbaycanda hökm sürən acınacaqlı iqtisadi vəziyyət bütün sahələrə öz təsirini göstərir. Binab və Xoy Bələdiyyə İdarələrinin üzləşdiyi maliyyə problemi bölgədə iqtisadi tənəzzülün nəticəsidir. Çox nadir hallar istisna olmaqla, belə faktlara İranın mərkəzi şəhərlərində rast gəlmək mümkün deyil.

 

  

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19

gun az article

Milli fəal Sara Turi Təbrizdə həbs edilib

2020-10-19

gun az article

"Həsrət körpüsü"nün işğaldan azad edilməsi münasibətilə Tikab əhalisi atəşfəşanlıq edib- VİDEO

2020-10-19

gun az article

İranın təhlükəsizlik qüvvələri rəştli fəallara təzyiq göstərir: İbrahim Gənci həbs edilib

2020-10-19

gun az article

Milli fəal Hüseyn Balaxani 500 milyon tümənlik ağır mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb

2020-10-19

gun az article

Güney azərbaycanlı milli fəal Hüseyn Əmirhicri Təbrizdə tutulub

2020-10-19

gun az article

Rəşt türkləri İranın Ermənistana dəstəyinə etiraz ediblər- FOTO

2020-10-19

gun az article

İranın Ermənistana çörək göndərməsi Güney Azərbaycanda çörək qıtlığına səbəb olub- VİDEO

2020-10-19

gun az article

GünazTV Oct.18.2020: Azərbaycan ordusunun və Güney Azərbaycanın qələbələri.

2020-10-19

gun az article

Təbriz: "Azərbaycan milləti bu zillətlə barışmayacaq, Nurduz gərək bağlana!"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə minlərlə insan birlikdə "Nurduz sərhədi bağlanmalıdır" şüarları səsləndirib- VİDEO

2020-10-18

gun az article

Təbrizdə və Tehranda Qarabağa dəstək aksiyaları keçirilib - FOTOLAR və VİDEOLAR

2020-10-18