SON XƏBƏRLƏR

Zəncanda keçirilən türk dili və ədəbiyyatı kurslarının proqramları açıqlanıb

2021.10.20, 07:36
Zəncanda keçirilən türk dili və ədəbiyyatı kurslarının proqramları açıqlanıb

Gunaz.tv

GünAz TV: “İşraq” Ədəbi Dərnəyinin rəisi Əli Əsğər Ocaqlu  Zəncanda keçirilən türk dili və ədəbiyyatı kurslarının proqramlarını açıqlayıb.

 

O bu barədə “Fars” xəbər agentliyinə danışıb.

 

““İşraq” Ədəbi Dərnəyi il boyu bir çox layihələr həyata keçirir, onlardan biri “Qızıl özən” Ədəbi Dərnəklə birgə həyata keçirilən türk dili və ədəbiyyatı kurslarıdır. Bu kurslarda bir çox siniflər təşkil olunur”- deyə o bəyan edib.

 

Əli Əsğər Ocaqlunun xəbər agentliyinə verdiyi məlumata görə, şənbə günləri saat 17:00-da hikayə yazmaq və ədəbi tənqid, bazar günləri saat 17:00-da  roman tənqidi, bazar ərtəsi günləri saat 16:00-da Nəsimi əsərlərinin oxunuşu və türkcə klassik əsərlərin təhlili, çərşənbə axşamı günləri saat 16:00-da Azərbaycan türkcəsi üzrə dil bilgisi və saat 17:30-da ədəbiyyat üzrə hazırlıq dərsi, çərşənbə günləri isə saat 17:00-da ədəbi tənqid və şeir sinifləri təşkil olunur.

 

“İşraq” Ədəbi Dərnəyinin rəisi çərşənbə axşamı günlərində təşkil olunan siniflərin daha geniş və faydalı olduğunu xüsusi olaraq diqqətə çatdırıb.

 

Türk dili və ədəbiyyatı kursları “Zəncan, İmam Mədəniyyət evi, ikinci mərtəbə, “İşraq” Ədəbi Dərnəyin salonu” ünvanında təşkil olunur.

 

Zəncan Əyaləti Güney Azərbaycanın önəmli mədəniyyət mərkəzlərindən bidir. Fars şovinizminin asimilasyon siyasətinin hədəfində olan Zəncan Əyalətində türk dili və ədəbiyyatı və milli kimliyimizə böyük maraq var. Azərbaycan Milli Hərəkatının çox sayda tanınmış fəalı məhz bu əyalətdəndir.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar