SON XƏBƏRLƏR

Zəncanda “Perspolis”in reklam bilbordları aşağı endirilib – VİDEO

2021.10.20, 07:36
Zəncanda “Perspolis”in reklam bilbordları aşağı endirilib – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda son vaxtlar fars şovinizminin simvollarından birinə çevrilən Tehranın “Perspolis” və “İstiqlal” komandalarına qarşı həssaslıq artıb.

 

Sosial şəbəkələrdə yayılan bir videoda Zəncanda “Perspolis” komandasının reklam bilbordlarının aşağı endirildiyi görünür. Zəncanlı gənclər bununla tərəfdarları və məsulları Azərbaycana qarşı aşağılayıcı hərəkətlərə yol verən komandaya öz etirazlarını bildiriblər.

 

Reklam bilbordları Asiya Çempionlar Liqası çərçivəsində “Perspolis”lə Yaponiyanın “Kaşima Antlers” komandası arasında keçirilən görüşlə bağlı Zəncan Bələdiyyə İdarəsi tərəfindən quraşdırılmışdır.

 

Soydaşlarımız Azərbaycan şəhərlərində “Traxtur” və digər türk komandalarının reklam olunmasını, fars irqçilərinin dəstəkləri “Perspolis” və “İstiqlal”ın isə heç bir şəkildə təbliğ olunmamasını istəyir.

 

https://www.youtube.com/watch?time_continue=1&v=a3P-IG-jads

 

 

Qeyd edək ki, fars şovinizmi ideyalarını yaymaq məqsədi ilə noyabrın 3-də “Perspolis”lə “Kaşima Antlers” komandaları arasında keçirilən görüş bütün məktəblərdə yayımlandı, lakin tədbirin nəticəsi rejimin düşündüyü kimi olmadı.

 

Azərbaycanlı şagirdlər “Perspolis”in yarışını izlərkən Azərbaycanın “Traxtur” komandasına dəstək nümayiş etdirdilər. Onlar ““İstiqlal”çı deyiləm, “Perspolis”çi deyiləm – And olsun Allaha, mən “Traxtur”u sevirəm...” şüarını gur səslə dilə gətirərək doğma Azərbaycana bağlı olduqlarını bir daha sübut etdilər.

 

Hətta bir çox məktəbdə şagirdlər İran rejiminin Azərbaycana qarşı apardığı irqçilik siyasətinə etiraz olaraq “Perspolis” komandasını deyil, Yaponiya təmsilçisini dəstəklədilər. Onlar “Kaşima Antlers” komandası qol vurduğu zaman sevinclərini gizlətmədən rəqib komandanı alqışladılar.

 

Tehranın “Perspolis” və “İstiqlal” komandaları fars irqçilərinin dəstək verdiyi əsas komandalardır. İranda qeyri-fars millətlərə mənsub gənclər bu komandalara qarşı xüsusi həssaslıq göstərir. Dövlət bütün etirazlara baxmayaraq “Perspolis” və “İstiqlal”ı dəstəkləyir, onlara maliyyə yardımı göstərir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar