SON XƏBƏRLƏR

Zəncanlı öyrənci Azərbaycana qarşı tətbiq olunan ayrı-seçkilik siyasəti ilə bağlı kəskin ifadələrlə çıxış edilib-VİDEO

2021.10.20, 07:36
Zəncanlı öyrənci Azərbaycana qarşı tətbiq olunan ayrı-seçkilik siyasəti ilə bağlı kəskin ifadələrlə çıxış edilib-VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Zəncan şəhərində ilk dəfə olaraq “Türkdillilərin mədəni festivalı” adı ilə tədbir keçirilib.

 

“İşraq” Ədəbi Dərnəyinin təşəbbüsü ilə keçirilən tədbirdə İran rejiminin Azərbaycana qarşı irqi zəmində tətbiq etdiyi ayrı-seçkilik siyasəti, ana dilində təhsil məsələsi, milli kimlik və s. kimi mövzularda çıxışlar olub.

 

Tədbirdə olduqca kəskin ifadələrlə çıxış edən azərbaycanlı öyrəncilərdən biri önəmli məsələyə toxunub.

 

“Zəncan əhalisinin 99.99 faizi türkdür. Nə üçün bu şəhərdə bütün sahələrdə, o cümlədən təhsil sahəsində yalnız fars dili istifadə olunur.

Böyük Mahatma Qandinin belə bir sözü var: Bir milləti məhv edib sıradan çıxartmaq istəyirsinizsə, birinci olaraq tarix və ana dilini ondan almalısınız!

Hökumət rəsmiləri bunu yaxşı bilməlidir, o zamana qədər ki, biz Azərbaycan türklərinin kimliyi və dili rəsmi şəkildə qəbul olunmayıb və bizə qarşı yönələn siyasətlər dayandırılmayıb, öyrəncilər bunun qarşısında sakit qalmayacaq. Təxminən 100 ildir ki, “Azərbaycan” sözünü bütün bölgələrin üzərindən götürmək istəyirlər. Yalnız Təbriz və Urmiyə Azərbaycan deyil, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan və daha bir çox şəhər də Azərbaycandır.

Bütün sahələrdə Azərbaycana qarşı ayrı-seçkilik tətbiq olunur. Bizim bu prosesə etirazımız var”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Öyrənci sözlərinin arasında keçmiş Yuqoslaviya ölkəsi və onun parçalanmasını xatırladıb. O bildirib ki, Yuqoslaviya radikal və irqçi siyasət aparan bir ölkə idi, elə bunun nəticəsində dağıldı və bu gün artıq Yuqoslaviya adlı bir ölkə yoxdur.

 

Azərbaycanlı öyrəncinin çıxışını olduğu kimi aşağıdakı videodan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=163&v=0_4soybmjhw

 

“Türkdillilərin mədəni festivalı” noyabrın 10-dan başlayaraq 4 gün davam edib. Zəncan Universitetində keçirilən tədbirə çox sayda azərbaycanlı öyrənci qatılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar