Zəngan Əbhər mahalında su qıtlığı: İcra nümayəndəsindən təhlükə xəbərdarlığı

2021-06-03 15:08

Güney Azərbaycanın Zəngan əyalətinin Əbhər mahalında su qıtlığı yarana bilər.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Zəngan əyalətinin Əbhər bölgəsinin icra nümayəndəsi Məhəmməd Nəcəfi xəbərdarlıq edib. O, mahalın 41 kəndində su qıtlığı yaranacağını deyib. 


Məhəmməd Nəcəfi “İSNA” informasiya agentliyinə verdiyi müsahibədə bildirib ki, Əbhər bölgəsində 71 kənd mövcuddur və onlardan 35-nin su təminatı bulaqlar vasitəsilə ödənilir. Suyunu bulaqlardan təmin edən kəndlərin əksəriyyətində su qıtlığının yaranması qaçılmazdır.

Məhəmməd Nəcəfi bir sıra kəndlərin suya olan ehtiyacının su təchizatı kompleksləri vasitəsilə təmin olunduğunu deyib. Onun sözlərinə görə, bu il yağıntılar 50 faiz azaldığı üçün içməli su quyularında və qeyd olunan komplekslərinin su azalıb.

İcra nümayəndəsi mövzu ilə bağlı keçirilən iclasda yay aylarında su çatışmazlığından əziyyət çəkən 41 kəndə içməli suyun səyyar su tankerləri vasitəsilə veriləcəyini bildirib.


Mayın 17-də Zəngan əyalətinin Su və Kanalizasiya Şirkətinin Baş direktoru Əlirza Cüz-Qasimi  qarşıdakı aylarda əyalətdə su problemin daha da kəskin hal alacağını deyib.

Əlirza Cüz-Qasimi Zəngan əyalətinin mənbələrində su səviyyəsinin keçən ilin eyni dövrünə görə yarıbayarı azaldığını bildirib.

“Zəngan əhalisinin 80 faizinin yaşadığı Zəngan, Əbhər və Xürrəmdərə şəhərlərində içməli su təminatında problemlər var. Su qıtlığı ilə əlaqədar vətəndaşların suya  qənaət etməlidir,”-deyə, müdir söyləyib.

 Zənganda yayımlanan “Mərdom-e No” qəzeti mayın 17-də əyalətdə su böhranına diqqət çəkib. Qəzet bununla bağlı xəbəri ilk səhifəsində yerləşdirib.

 Bir müddət öncə Əbhər şəhərində güclü daşqınların yaratdığı fəsadlara diqqəti çəkən qəzet su qıtlığının ciddi problemə çevrildiyini vurğulayıb. 

Bununla yanaşı mayın 27-də Zəngan əyalətinin Su və Kanalizasiya İdarəsinin direktor müavini Əli Məhəmməd Nadir Xani yeni yağış ilində yağıntıların miqdarında ötən illə müqayisədə 40 faiz, ümumilikdə isə 54 faiz azalma olduğunu açıqlayıb.

Əli Məhəmməd Nadir Xani əyalətdə quraqlığın başladığını və hal-hazırda 120-dən çox kənddə içməli su qıtlığının yarandığını deyib.

"Yağıntıların azalması yeraltı su qaynaqlarının tükənməsi ilə nəticələnib"-deyən, direktor müavini qarşıdakı mərhələdə su böhranının daha şiddətli şəkil alacağına dair xəbərdarlıq edib.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24