Stanford Universitetinin son reytinq nəticələrinə görə, Zəngan Universitetin 6 müəllimi ən yaxşı alimlər siyahısına daxil edilib.
Gunaz.tv
“ISNA”-nın verdiyi məlumata görə, Stanford Universiteti Tədqiqat Qrupunun yayımladığı nəticələrə əsasən, Müxanika mühəndisliyi kafedrasının professoru Umud Rəhmani, professor Əsgər Ramazani, kimya kafedrasının professoru Saleh Mobin, Abbas Rəbii, Fərshad Merix Bayat ilə birlikdə və Əsgər Tahiri dünyanın ən yaxşı alimləri siyahısında yer alıblar.
Sıralama prosesinə daxil olan tədqiqatçılar üçün ən az beş məqalənin dərc olunması şərti vacib hesab edilib. Ümumilikdə təxminən 8 milyon məqalə alimlər tərəfindən nəzərdən keçirilib və qiymətləndirilib.
Bu araşdırma və dəyərləndirmənin nəticəsində dünya üzrə 10 min nəfər ən yaxşı alim adına layiq görülüb.
C.E