"Arazı ayırdılar", "Qarabağ bizimdir, bizim olacaq"-Güneydə türkçə təqvimlər paylandı

2021-03-22 10:14

​​​​​​​Zənganda (Zəncan) Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş türkcə təqvim buraxılıb

Gunaz.tv Quote | Gunaz article

Milli mədəni fəalların  verdiyi məlumata görə, 2 min sayda çap edilən türkcə təqvim Güney Azərbaycanın müxtəlif şəhərlərində paylanılıb.

Təqvim Qarabağın işğaldan azad olunması uğrunda aparılan 44 günlük vətən müharibəsində həyatlarını itirən şəhidlərin xatirəsinə ithaf olunub.
Qarabağın, Mübariz İbrahimovun, Xudafərin körpüsünün, Heydər Əliyev Mərkəzinin şəkilləri ilə bəzədilən təqvimin üzərində “Qarabağ bizimdir bizim qalacaq”, “Şəhidlər ölməz vətən bölünməz”, “Aydın gələcək bizimdir” və “Arazı ayırdılar...” sözləri yazılıb.

Qeyd edək ki, İran rejimi milli məzmunlu nəşrlərin yayılmasına mane olmağa çalışır. Son ay ərzində Güney Azərbaycan şəhərlərində fəaliyyət göstərən nəşriyyat  və kompüter xidməti mərkəzlərinə türkcə təqvim və posterlərin çap edilməməsi ilə bağlı sərəncamlar göndərilmişdi.

Məsələn, martın 9-da Mərənd şəhərində “Fotoqrafçılar, Kompüter və Çap Xidmətləri Birliyi” türk dilində təqvim və təbrik posterlərinin çapına qadağa qoymuşdu.

Lakin bu məsələ azərbaycanlıların böyük  etirazına səbəb olub. Ölkə daxilində və xaricdə azərbaycanlı sosial şəbəkə istifadəçiləri qısa müddətdə çoxsaylı yazılar və mesajlarla bu qadağaya etirazlarını bildiriblər.

Etirazların genişlənməsi, yerli və xarici medianın dəstəyi hakimiyyət orqanlarını türkcə posterlərə qadağa qərarını dəyişməyə vadar edib. 
 
Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İslami Maarif Təşkilatının Baş direktoru Seyid Qasım Nazimi və Mərənd şəhərinin “Fotoqrafçılar, Kompüter və Çap Xidmətləri Birliyi” çap, fotoqraf və kompüter xidmətləri mərkəzlərinə mesaj göndərək qərarın dəyişdiyini bildiriblər. 

 


C.E

 


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19

gun az article

GünazTV June.18.2021: Körpü: Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-19

gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17