“AzerGold” Kəlbəcərdə yerləşən sahədə ilkin axtarış-kəşfiyyat işlərinə başlayıb

20.10.2021, 11:21

“AzerGold” QSC Kəlbəcərdə yerləşən “Tutxun” təzahür sahəsində ilkin axtarış-kəşfiyyat işlərinə başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Bunu  açıqlamasında “AzerGold”un Mətbuatla iş sektorunun müdiri Ariz Tarverdiyev bildirib.

Onun sözlərinə görə, “Tutxun” təzahür sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir: “Təzahür sahəsində qızıl, gümüş və mis metallarının olduğu proqnozlaşdırılır. Təzahür sahəsi 1958-ci ildə kəşf edilib”.

O qeyd edib ki, “AzerGold” QSC-nin axtarış-kəşfiyyat proqramına əsasən ilkin mərhələdə kameral qiymətləndirmə və məsafədən tədqiqat işləri aparılır: “Peyk üsulu ilə hiperspektral çəkiliş tədqiqatları ilə paralel olaraq, arxiv geoloji materialların toplanması, sistemləşdirilməsi, rəqəmsallaşdırılması kimi ilkin qiymətləndirmə işləri də icra olunmaqdadır. 

Gələn ilin aprel ayından genişmiqyaslı kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur”.

“AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb.

Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. 

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranlı sözçü: “MAQATE müfəttişlərinin KƏrəcdəki TESA nüvə mərkəzinə baxış keçirilmədinə icazə verilməyəcək”

2021-11-27

gun az article

Rusiyalı ekspert: “Yaxın zamanda nəqliyyat dəhlizlərinin açılması prosesi başlayacaq”

2021-11-27

gun az article

Xamneyinin nümayəndəsindən isfahanlı əkinçilərə gülünc tövsiyə: “Gedin yağış namazı qılın”

2021-11-27

gun az article

İsfahanda “Xamneyiyə ölüm” şüarı səsləndirildi: Dinc etirazçılara odlu silahlardan atəş açıldı – FOTOLAR, VİDEO

2021-11-27

gun az article

Qırğızıstanda noyabrın 28-də parlament seçkiləri keçiriləcək

2021-11-27

gun az article

Ərdoğan Türkmənistana səfər edəcək

2021-11-27

gun az article

XİN-dən üçtərəfli görüşlə bağlı açıqlama

2021-11-27

gun az article

Xəzər dənizində zəlzələ olub

2021-11-27

gun az article

Şuşa Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edildi

2021-11-26

gun az article

Azərbaycan, Rusiya və Ermənistan liderləri mətbuata bəyanatla çıxış ediblər

2021-11-26

gun az article

Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib

2021-11-26

gun az article

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası mexanizmləri ilin sonuna kimi yaradılacaq

2021-11-26

gun az article

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başa çatıb

2021-11-26

gun az article

Tanınmış QHT rəhbəri Əvəz Həsənov vəfat edib

2021-11-26

gun az article

“Kommunikasiyaların açılması çox vacibdir” - Paşinyan

2021-11-26

gun az article

Putin: “Yekun sülh müqaviləsi bağlamaq lazımdır”

2021-11-26

gun az article

“Azərbaycan kommunikasiyaların açılması məsələsində konstruktivlik nümayiş etdirib” - İlham Əliyev

2021-11-26

gun az article

Putin sülhməramlıların Qarabağdakı rolundan danışdı

2021-11-26

gun az article

Rusiyalı ekspert: “Paşinyan 9 noyabra planlaşdırılan üçtərəfli görüşü pozdu”

2021-11-26

gun az article

İsfahanda gərginlik: Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

2021-11-26