SON XƏBƏRLƏR

Zərif: “Amerikanın hərbi bazalarına qarşı hərbi hücüm məqsədəuyğun addım idi. Hücum başa çatıb”

2021.10.20, 07:36
Zərif: “Amerikanın hərbi bazalarına qarşı hərbi hücüm məqsədəuyğun addım idi. Hücum başa çatıb”

Gunaz.tv

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif yanvarın 8-də “Twitter” səhifəsində yazdığı bir statusda, “Sepah”ın Amerikanın İraqdakı hərbi bazalarına qarşı həyata keçirdiyi raket hücumuna münasibət bildirib.

 

Zərif deyib ki, “Sepah”ın İraqın “Eynül Əsəd” və Ərbildəki hərbi bazalarına hücumu artıq başa çatıb: “İran, BMT bəyannaməsinin 51-ci bəndinə uyğun olaraq, özünü müafiə etmək üçün  məqsədəuyğun addım ataraq, vətəndaşlarımıza və yüksək rütbəli rəsmilərimizə qarşı qorxaqcasına həyata keçirilən hücumlar üçün istifadə edilən bazaları hədəfə alıb. Biz çaxnaşma və gərginliyin şiddətləndirilməsini istəmirik. Biz müharibənin tərəfdarı deyilik. Lakin hər hansı bir xarici hücum qarşısında özümüzü müdafiə edəcəyik” –deyə, İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin “Twitter”də paylaşdığı yazısında bildirilir.

 

“Sepah” terror təşkilatı yanvarın 8-i sübh saatlarında Amerikanın İraqdakı iki hərbi bazasına onlarla raketlə hücum edib. Hücumda, Amerika hərbi qüvvələrinin yerləşdiyi “Eynül Əsəd” hərbi bazası və İraq Kürdüstanının Ərbil şəhərində yerləşən daha bir bazası hədəfə alınıb.

 

Raket hücumundan az sonra, “Sepah” bəyanat yayaraq bildirib ki, Qasım Süleymaninin qisasını almaq üçün Amerikanın İraqdakı hərbi bazalarına onlarla raket atıb: “Bir daha Amerikaya xəbərdarlıq edirik ki, onun hər hansı bir təcavüzkar yeni addımına daha kəskin və dağıdıcı cavab verəcəyik. Biz həmçinin öz hərbi bazalarını Amerikanın ixtiyarına qoyan region ölkələrinə xəbərdarlıq edir, bildiririk ki, düşmənin bizə qarşı hər hansı bir təcavüzkar addımına şərait yaradan hər bir ölkə islam respublikasının hədəfinə çevriləcək” –deyə, bəyanatda bildirilir.

 

 

Amerikanın İraqdakı hərbi bazalarına qarşı hücumlarda, “Sepah”ın yer-yer “Fateh” adlı ballistik raketlərindən istifadə edildiyi bildirilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar