SON XƏBƏRLƏR

Zərif: “Amerikanın sanksiyalar qoymağa alışqanlığı həddi aşaraq nəzarətdən çıxıb”

2021.10.20, 07:36
Zərif: “Amerikanın sanksiyalar qoymağa alışqanlığı həddi aşaraq nəzarətdən çıxıb”

Gunaz.tv

GünAzTV: İran xarici işlər naziri Məhəmmədcavad Zərif oktyabrın 17-də şəxsi “Twitter” səhifəsində paylaşdığı bir postda Amerikanın İrana qarşı gücləndirdiyi sanksiyaları tənqid edib.

 

Zərifin məsələ ilə bağlı “Twitter”də  paylaşdığı post, ABŞ Maliyyə Nazirliyinin İranın 20 bank və şirkətinə sanksiya qoyduğunu elan etməsindən bir gün sonraya təsadüf edib.

 

Barəsində sanksiya qoyulan qurumların “Bəsic” təşkilatı ilə əlaqəsini rədd edən Zərif bildirib ki, Amerika hökumətinin İrana qarşı sanksiya tətbiq etməsi, onun artıq bir alışqanlığına çevrilib: “Amerikanın sanksiyalar qoymağa alışqanlığı artıq həddi aşaraq nəzarətdən çıxıb. Ölkəyə qida və dərmanın idxal olunmasında əsas və mühüm rol oynayan İranın özəl bir bankına, digər qurumlarla əlaqədə olması iddiası ilə sanksiya qoyulub. Bu addım, başqa bir qanunsuz hədəf üçün atılıb”.

 

ABŞ Maliyyə Nazirliyi oktyabrın 16-da bəyanat yayaraq İranın 20 bank və şirkətinə sanksiya qoyduğunu açıqlayıb.

 

ABŞ Maliyyə Nazirliyi

 

 Bəyanatda bildirilib ki, sanksiyaya məruz qalan bank və şirkətlər, “Bəsic Kooperasiya Fondu” ilə əlaqədə olaraq insan hüquqlarını pozmaqda, terrorçu fəaliyyətlərə dəstəkdə və yeniyetmə uşaqları cəlb edərək Suriyaya savaşa göndərməkdə günahlandırılırlar: “Bəsic” ölkə daxilində zorakı repressiyaların həyata keçirilməsində və insan hüquqlarının ciddi və kobud şəkildə pozulmasında rol oynamaqla yanaşı, yeniyetmə uşaqlardan qüvvə toplayaraq onlara hərbi təlim keçir, onları vəhşi Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərir”.

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncamına əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar