SON XƏBƏRLƏR

Zərif: “Avropa Birliyinin nüvə sazişinə siyasi dəstəyi yetərincə deyil”

2021.10.20, 07:36
Zərif: “Avropa Birliyinin nüvə sazişinə siyasi dəstəyi yetərincə deyil”

Gunaz.tv

GünAzTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif, mayın 20-də İrana səfər edən Avropa Birliyinin energetika komissarı Miguel Arias Canete ilə görüşərək, nüvə sazişinin qorunub saxlanılmasının vacibliyindən danışıb.

 

Zərif deyib ki, Amerikanın nüvə razılaşmasından çıxmasından sonra, Avropa ölkələri bu sazişə dəstəyini gücləndirməlidir: “Lakin Avropa Birliyinin indiki şəraitdə nüvə sazişinə siyasi dəstəyi yetərincə deyil. Əgər Avropa Birliyi İranla iqtisadi əməkdaşlığın davam etdirilməsini istəyirsə, konkret əməli addımlar atmalı, ölkəmizdə sərmayə qoyuluşunu gücləndirməlidir. Hesab edirik ki, Amerikanın bu sazişdən çıxmasının ardınca bəzi Avropa şirkətlərinin İranla əməkdaşlıqdan imtina etməsi, Avropa Birliyinin bu sazişin icrası ilə bağlı üzərinə götürdüyü öhdəliklərlə üst-üstə düşmür”.

 

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar