SON XƏBƏRLƏR

Zərif: “Biz, nə raketlərimiz, nə də regional mövzular barədə müzakirələr aparmayacağıq”

2021.10.20, 07:36
Zərif: “Biz, nə raketlərimiz, nə də regional mövzular barədə müzakirələr aparmayacağıq”

Gunaz.tv

GünAzTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif, mayın 3-də “Youtube”da yaydığı bir video-çarxda çıxış edərək, nüvə sazişindən və ona düəlişlər edilməsi məqsədilə yeni danışıqların aparılmasının mümkünsüzlüyündən danışıb.

 

Öz çıxışında Vaşinqtonu nüvə sazişinin icrasına mane olmaqda günahlandıran Zərif bildirib ki, İran Amerikanın nüvə sazişinə düzəlişlər edilməsi tələbi ilə razılaşmayacaq: “İran İslam Respublikası nüvə sazişi haqda Qərblə yenidən danışıqlar aparmayacaq. Daha doğrusu, biz, nə raketlərimiz, nə də regional mövzular barədə heç kəslə müzakirələr aparmayacağıq.

 

Təəssüflər olsun ki, Amerika hökuməti, İranla ticarət əlaqələri qurmaq istəyənlər qarşısında maneələr törətməklə, bizimlə Qərb arasında Vyanada imzalanmış nüvə sazişini və onun şərtlərini ardıcıl olaraq pozub. Biz, öz təhlükəsizliyimizi heç vaxt başqalarına tapşırmayacağıq. Biz, əldə olunan razılaşmanın şərtlərinə bu günə qədər əməl etmişik. Lakin bu sazişə əlavələr edilməsi və onun barəsində yeni danışıqlar aparılması ilə razılaşmayacaq, bununla bağlı heç kəslə müzakirələr aparmayacağıq”.

 

 Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranla Qərb arasında əldə olunmuş nüvə sazişini  “ən pis” razılaşma adlandıraraq, sazişin mətninə yenidən baxılmasını və ona ciddi düzəlişlər edilməsini tələb etsə də, rəsmi Tehran bununla razılaşmır. Tramp, Amerikanın nüvə sazişində qalıb-qalmayacağını mayın 12-də elan edəcək.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar