SON XƏBƏRLƏR

Zərif: “Eyni anda həm müharibə, həm də müzakirə etmək mümkün deyil”

2021.10.20, 07:36
Zərif: “Eyni anda həm müharibə, həm də müzakirə etmək mümkün deyil”

Gunaz.tv

GünAz TV: İyunun 3-də İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Amerika Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun təklifinə cavab verib.

 

Öz şəxsi “Twitter” hesabında yazdığı statusda Zərif Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaları bir daha qınayıb və bildirib ki, “iqtisadi müharibə davam etdiyi müddətdə müzakirə aparmaq mümkün deyil”.

 

Xatırladaq ki, iyunun 2-də Pompeo bildirmişdi ki, ABŞ heç bir ön şərt olmadan İranla nüvə fəaliyyəti barədə müzakirə aparmağa hazırdır.

 

2018-ci ilin may ayının 8-də Tramp administrasiyası İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxdığını bəyan edib. Bundan sonra rəsmi Tehrana qarşı 2 mərhələdən ibarət sanksiyaların qəbul edilməsi ilə bu ölkənin iqtisadiyyatı iflic vəziyyətə düşüb. ABŞ cari ilin may ayının 2-dən İrandan neft alan istisna ölkələrə verdiyi möhlət hüququn ləğv etməklə, Tehrana qarşı maksimum təzyiq siyasətini şiddətləndirib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar