Zərif: “Gizli səs yazısının okeanın o biri başına necə gedib çıxdığını bilmirəm”

2021-04-28 12:32

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 28-də “İnstaqram” sosial şəbəkəsində paylaşım edərək, bir neçə ay əvvəl verdiyi gizli müsahibəsinin səs yazısının mediaya sızdırılmasından təəssüfləndiyini bəyan edib.

Gunaz.tv Quote | Gunaz article

Ölümündən əvvəl “Sepah”ın “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymani ilə dərin dostluğu olduğunu və ona ürərkdən rəğbət və hörmət bəslədiyini bildirən Zərif deyib ki, onun verdiyi uzun müsahibə, sadəcə olaraq iki nəfər arasında aparılan teori bir bəhsdən ibarət olub.


“Bu, əslində İran İslam Respublikasının xarici gücünün iki qanadı sayılan “Sepah” və diplomatiya haqqında aparılan teori bir bəhs olub. Lakin kimlərsə həmin səs yazısını yaymaqla ölkənin başıuca hərbçiləri ilə qeyrətli diplomatlarını üz-üzə qoymağa çalışıblar. Halbuki “Sepah” və diplomatiya bir-birini təkmilləşdirən iki gücdür və onları bir-birindən ayırmağa cəhd göstərilməsi axmaqlıqdır. Mən bu gizli səs yazısının okeanın o biri başına necə gedib çıxdığını bilmirəm.


Mən, ölkədəki bəzi proseslərin zəif və çatışmayan cəhətləri barədə səmimi şəkildə aparılan nəzəri bir bəhsin kiminsə şəxsi tənqidi kimi təqdim olunmasından və bunun ölkədə qalmaqala və daxili qarşıdurmalara səbəb olmasından təəssüf hissi keçirirəm. 


Mənim “Sepah”ın “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymani ilə 20 ildən çox yaxın və dərin dostluğum olub. Bizim bu dostluğumuz onun şəhid olmasına qədər nəinki azalmadı, hətta gedikcə daha da dərinləşdi. Mən isə bununla fəxr edirəm”, -deyə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, mediaya sızdırılan gizli səs yazısı ilə bağlı “İnstaqram” hesabında etdiyi paylaşımında bildirib. 


Xatırladaq ki, Zərifin cari ilin mart ayında ölkənin bir sıra daxili və xarici siyasəti və İranın xarici siyasətinin tamamilə “Sepah”ın “Qüds” briqadası tərəfindən təyin edilməsi ilə bağlı verdiyi gizli bir müsahibəsinin səs yazısının ETTELLAT Nazirliyindən oğurlanaraq mediaya sızdırılması, hakimiyyətdə və ölkənin siyasi dairələrində ciddi qalmaqala səbəb olub. 


A.M 
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

2021-06-21

gun az article

Terrorçu silahlı birləşmənin tərkibində döyüşən daha 13 nəfərin məhkəməsi başlayır

2021-06-21

gun az article

Ermənistanda seçkilər: Paşinyan qalib gəlib, müxalifət nəticələri tanımır

2021-06-21

gun az article

MSK: Seçkilərdə Paşinyanın partiyası liderdir

2021-06-21

gun az article

"Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu

2021-06-20

gun az article

İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya keçirilib - FOTOLAR

2021-06-20

gun az article

"İran xalqı öz rəhbərlərini azad və ədalətli şəkildə seçmək hüququndan məhrum edilib”-Amerika rəsmisi

2021-06-20

gun az article

XİN: Ermənistanın mina xəritələrini verməməsi məcburi köçkünlərin qayıdışını ləngidir

2021-06-20

gun az article

Azərbaycanda koronavirsa yoluxanların sayı açıqlandı: 88 nəfər sağaldı

2021-06-20

gun az article

Beynəlxalq Əfv Təşkilatı İbrahim Rəisi ilə bağlı bəyanat yaydı: "İnsanlığa qarşı törətdiyi cinayətlərə görə mühakimə olunmalıdır”

2021-06-20

gun az article

Polşa NATO sərhədlərini qorumaq üçün türk PUA-larını göndərəcək

2021-06-20

gun az article

Ermənistanda seçki məntəqəsində atışma olub

2021-06-20

gun az article

AZAL Tel-Əvivə xüsusi uçuşlara başlayır

2021-06-20

gun az article

Ermənistanda seçki gərginliyi: Polis Köçəryanın qərargahına basqın etdi

2021-06-20

gun az article

Bolnisidə silahlı insident: abxaz gənc öldürüldü

2021-06-20

gun az article

Bayden İsrail prezidenti ilə görüşəcək

2021-06-20

gun az article

Anar Eyvazov: “Hazırda mütəxəssislər mina xəritələrinin tam təhlilini aparır”

2021-06-20

gun az article

Mövlut Çavuşoğlu: “Ermənistan səhvlərindən dərs alıb sülhlə bağlı fürsəti dəyərləndirsin”

2021-06-20

gun az article

Ermənistanda parlament seçkiləri başlayıb

2021-06-20

gun az article

Azərbaycan XİN Ermənistana cavab verdi

2021-06-19