SON XƏBƏRLƏR

Zərif: “İnsteks strateji dəyərə sahibdir”

2021.10.20, 07:36
Zərif: “İnsteks strateji dəyərə sahibdir”

Gunaz.tv

GünAz TV: İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Avropan İttifaqının rəsmi Tehranla ticari əlaqələri davam etdirmək üçün işə saldığı xüsusi maliyyə kanalının “strateji dəyər”ə sahib olduğunu deyib.

 

O, eyni zamanda əlavə edib ki, bu maliyyə kanalı İranın bütün istəklərinə cavab vermir və Avropanın nüvə razılaşması çərçivəsində öhdəsinə götürdüyü öhdəliklərin hamısının icra ediləcəyi anlamına gəlmir.

 

“Amerikanın ən yaxın müttəfiqi Avropa İttifaqının ondan uzaqlaşması İnsteksi strateji edən amildir”- deyə Zərif qeyd edib.

 

XİN rəhbərindən öncə İran Milli Bankının sədri Ədbülnasir Himməti isə bildirmişdi ki, xüsusi maliyyə kanalı yalnız sanksiya tətbiq edilən deyil, bütün növ məhsulları əhatə etməlidir. O, həmçinin ölkəsinin Avropaya məhsul ixrac etmək icazəsinin olmadığını demişdi.

 

Avropa Komissiyasının son statistikasına əsasən, İran 2019-cu ilin aprel- may ayları ərzində Aİ-yə yalnız 136 milyon avro civarında məhsul ixrac edib, hansı ki, bu rəqəm ötən ilin oxşar dövründə 158 milyon avro idi.

 

Hazırda iki tərəfin əsas müzakirə etdiyi məsələlərdən biri Avropa ölkələrinin İran neftini alması ilə bağlıdır. Amerika Birləşmiş Ştatları “İnsteks”lə bağlı Aİ-yə xəbərdarlıq edərək bildirib ki, bu maliyyə kanalı neft kimi sanksiya qoyulmuş əmtəələri əhatə etməməlidir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar