SON XƏBƏRLƏR

Zərif: “İran bazarları Amerika şirkətlərinin üzünə açıqdır”

2021.10.20, 07:36
Zərif: “İran bazarları Amerika şirkətlərinin üzünə açıqdır”

Gunaz.tv

GünazTV: Nyu-Yorkda səfərdə olan İranın xarici işlər naziri Məhəmmədcacvad Zərif iyulun 15-də NBC telekanalına müsahibəsində Tehranla Vaşinqton arasında yaşanan çaxnaşmadan və Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalardan danışıb.

 

Zərif deyib ki, İran Amerika ilə çaxnaşmanın tərəfdarı deyil: “Lakin bizə hücum olunsa, özümüzü müdafiə etməkdə tərəddüd etməyəcəyik. Bizim seçimimiz, hər hansı bir təzyiqə müqavimət göstərməkdir. Lakin əgər Amerika indiki şəraitdən abırlı şəkildə çıxmaq istəsə, bunun üçün çıxış yolu var. Həmçinin ölkələrimiz arasında yaşanan mövcud çaxnaşmaya görə Amerika özünü İran bazarından məhrum edib. Halbuki İran bazarı Amerika şirkətlərinin üzünə açıqdır.

 

İran Amerika ilə müharibənin tərəfdarı deyil. Hesab edirik ki, müzakirə yolunun açıq olması üçün, Tramp hökuməti əvvəlcə ölkəmizə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməlidir. Əgər prezident Tramp neftimizin satışının azaldılmasına və iqtisadiyyatımıza xələl gəlməsinə səbəb olan 2017-ci ildən qoyduğu sanksiyaları aradan qaldırsa, o zaman diplomatiya üçün də qapılar açıq olar. Bir sözlə, bizə qarşı qoyulan sanksiyalar ləğv olunsa, ölkələrimiz arasında danışıqlar  üçün də münbit zəmin və şərait yaranar.  

 

Şəxsən mən, prezident Trampın İranla müharibə tərəfdarı olduğuna inanmıram. Lakin hesab edirəm ki, onun ətrafında olanlar Amerikanın İrana qarşı müharibəyə girməsini istəyirlər. Lakin təsəvvür etmirəm ki, onlar bu işdə hansısa bir uğur qazana bilsinlər. Hamı yaxşı bilir ki, İran böyük bir ölkədir və biz hansısa bir hərbi hücumun qarşısında asanlıqla təslim olmayacağıq” –deyə Məhəmmədcavad Zərif əlavə edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar