SON XƏBƏRLƏR

Zərif: “İran heç vaxt Amerikanın istədiyi ölkəyə çevrilməyəcək”

2021.10.20, 07:36
Zərif: “İran heç vaxt Amerikanın istədiyi ölkəyə çevrilməyəcək”

Gunaz.tv

GünAz TV: İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif rəsmi “twitter” səhifəsində Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun ölkəsi ilə bağlı fikirlərinə cavab verib.

 

Zərif bildirib ki, “İran heç vaxt Amerikanın istədiyi ölkəyə çevrilməyəcək və Amerikanın müdaxilə etdiyi hər bir yerdə xaos, repressiya və kin-küdurət meydana gəlir”.

 

Zərif daha sonra qeyd edib ki, “İranın Pompeonun dediyi kimi adi ölkəyə çevrilməsi yalnız cəhənnəmin buz bağladığı gün reallaşa bilər. Buna görə də yaxşı olar ki, ABŞ İranı itirdiyi ilə barışsın”.

 

Qeyd edək ki, Amerika Dövlət Departamentinin rəhbəri Mayk Pompeo tez-tez İranda insan hüquqlarının pozulması, ölkə rəhbərlərinin korrupsiya və çirkli pulların yuyulması ilə bağlı əməlləri eləcə də bu ölkədə baş verən digər özbaşınalıqlar və qanunsuzluqlarla bağlı öz “twitter” səhifəsində məlumatlar yayımlayır. Zərif isə yazdıqları ilə Pompeonun fikirlərini “İranın daxili işlərinə müdaxilə” kimi qiymətləndirməyə çalışıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar