Zərif: “İran nüvə sazişi ilə bağlı danışıqlara başlanılması üçün öz konstruktiv planını təqdim edəcək”

2021-03-06 14:35

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif martın 5-də “Twitter” hesabında paylaşım edərək, ölkəsinin nüvə sazişinin (“Bərcam”) gələcəyi və mümkün yeni danışıqlar barədə “konstruktiv bir plan” irəli sürəcəyindən xəbər verib.

Gunaz.tv Quote | Gunaz article

Etdiyi paylaşımında Zərif bildirib ki, o tezliklə İranın məsələ ilə bağlı planını təqdim edəcək: “Mən İranın xarici işlər naziri və ölkəmizin Qərblə nüvə danışıqları aparan yüksək səviyyəli nümayəndə heyətimizin başçısı olaraq, ən qısa bir müddət ərzində nüvə sazişi ilə bağlı öz konstruktiv planımızı diplomatik kanallar vasitəsilə   təqdim edəcəyəm”, -deyə Məhəmməd Cavad Zərif “Twitter” hesabında etdiyi paylaşımında bildirib.


İranın xarici işlər naziri məsələ ilə əlaqədar təqdim edəcəyi planın detallarını açıqlamayıb.


Zərifin nüvə razılaşması xüsusunda İranın “konstruktiv plan”ından xəbər verməsi isə, üç Avropa ölkəsinin İrana qarşı hazırladığı qətnaməni Beynəlxalq Atom Enerjisi Agentliyinin idarə heyətinə göndərməsindən imtina etməsi xəbərinin yayılmasından bir gün sonraya təsadüf edib.


Yayılan məlumata əsasən, nüvə sazişini imzalamış Böyük Britaniya, Fransa və Almaniya cari həftədə İranın razılaşma əsasında üzərinə götürdüyü öhdəliklərin icrasından boyun qaçırması barədə hazırladıqları bir qətnaməni Beynəlxalq Atom Energisi Agentliyinin (MAQATE) idarə heyətinə təqdim etməyi planlaşdırıbmışlar.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Tanınmış hüquq müdafiəçisi Enrike Moraya məktub yazdı: "Andiçmə mərasiminə qatılmayın"

2021-08-05

gun az article

Beyrutda İran əleyhinə aksiya keçirilib 

2021-08-05

gun az article

Ukraynanın keçmiş baş naziri vəfat edib

2021-08-05

gun az article

İranda 5 ticarət gəmisi yandı

2021-08-05

gun az article

Ağsuda dağlıq ərazidə başlayan yanğın meşəliklərə yaxınlaşır

2021-08-05

gun az article

Mikayıl Cabbarov: "Altı ayda aktiv vergi ödəyicilərinin sayı 3,9% artıb"

2021-08-05

gun az article

Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib-VİDEO

2021-08-05

gun az article

Bayden Ermənistan və Azərbaycanı danışıqlara çağırdı

2021-08-05

gun az article

"Yanğın söndürülənə qədər Türkiyədə qalacağıq" - Cavid Qəhrəmanov

2021-08-05

gun az article

Azərbaycanın amfibiya təyyarəsi Türkiyəyə yola salınıb-VİDEO

2021-08-05

gun az article

ABŞ-da miqrantları daşıyan avtobus aşıb, 11 nəfər ölüb, 12 nəfər yaralanıb

2021-08-05

gun az article

Mövlud Çavuşoğlu: “Cənab İlham Əliyevin təlimatı əsasında sabah Azərbaycandan Türkiyəyə yeni heyət gələcək”

2021-08-04

gun az article

Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi

2021-08-04

gun az article

Azərbaycanda 996 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

2021-08-04

gun az article

Suriyada Əsəd hərbçilərinin avtobusu partlayıb, ölən və yaralananlar var

2021-08-04

gun az article

İran tərəfindən qaçırıldığı iddia olunan gəmi BƏƏ sahillərində sərbəst buraxılıb

2021-08-04

gun az article

Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb

2021-08-04

gun az article

Azərbaycan və Yaponiya XİN başçıları telefonla danışdı

2021-08-04

gun az article

Daha 3 qazimiz Türkiyəyə göndərildi

2021-08-04

gun az article

Füzulidə daha bir erməni hərbçinin qalıqları tapıldı

2021-08-04