GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Xersonda yüzlərlə insan itkin düşüb
İran Rusiyaya "Şahed" istehsalı zavodunun tikintisinə kömək edir
“Körpü” verilişində müzakirə: “İranda qadınların son vəziyyəti” və “İranda tutuqlanan Azərbaycan vətəndaşları” -VİDEO
Bu ölkə Moskvadakı səfirliyini bağlayır
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
İran iki yeni AES-in tikintisinə başlayıb
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
"Qacarın yaratdığı fürsəti qaçırdıq"-İranlı sosioloq
İranda daha iki məhbus edam edildi
Türkiyə Kosovadakı NATO ordusuna rəhbərlik edəcək
GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif oktyabrın 16-da Tehranda keçirilən İran İslam Respublikası ilə Cənubi Afrikanın müştərək komissiyasının 14-cü iclasında çıxış edərək, nüvə sazişindən, regional məsələlərdən və ölkəsinin Avropa qarşısında “strateji səbr”inin tükənməsindən danışıb.
Öz çıxışında İranın 5+1 qrupu ilə həssas və mürəkkəb danışıqlar apardığına toxunan Zərif deyib ki, Amerikanın həmin razılaşmadan çıxması BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə və BMT üzvü olan bütün ölkələrin istək və iradəsinə qarşı zidd addım idi: “Amerikanın nüvə sazişindən çıxmasından sonra Avropa da razılaşma ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Halbuki bunun üçün 1 il fürsəti var idi. Lakin təəssüflər olsun ki, həmin müddətdə biz Avropanın öhdəliklərinin səmərəli icrası ilə bağlı hər hansı bir addımının şahidi olmadıq.
Avropa bir daha göstərdi ki, o, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə acizdir. İranın isə strateji səbri artıq bitdi. Məhz buna görə də, biz nüvə razılaşmasının (“Bərcam”ın) şərtlərini və onun 26-cı və 27-ci bəndlərinə əsaslanaraq, razılaşmanın icrası ilə bağlı üzərimizə götürdüyümüz öhdəlikləri azaltmağa başladıq və bunu üç mərhələdə etdik. Bildiririk ki, nüvə razılaşmasını imzalayan qarşı tərəflər öz öhdəliklərini yerinə yetirməkdən imtina etsələr, biz öhdəliklərimizi daha da azaltmaq üçün növbəti addımlar atacağıq” –deyə, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bəyan edib.
Xatırladaq ki, Amerika prezidenti Donald Tramp 2018-ci il, mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla Qərb arasında imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir” –deyə, ABŞ prezidenti Donald Tramp bildirib.
A.M
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
Oğluna Huntay adı qoymuş culfalı ana 5 ildir sənəd ala bilmir
Urmu sərhəd alayının zabiti öldürüldü
"Amerika ilə İran arasında hər hansı razılaşma yoxdur"-Con Kirbi
İsfahanın tarixi məscidləri çatlayır
ABŞ Ukraynaya 2 milayrdlıq silah verəcək
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə telefonla danışıb
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Rusiyaya çağırış edib
Güneyli fəal elektron qandalla sərbəst buraxıldı
İran prezidenti Təbrizə səfər edib
“Yeni nazir Ərdoğanın varisi ola bilər”-Politoloq
“Azərbaycan güneydəki soydaşlarımıza praktiki dəstəyi reallaşdıra bilər”-Politoloq
İranda rəzalət: Bəhailər ölülərini dəfn edə bilmir
“Parlaq gələcək”: “Azərbaycan-İraq əlaqələri necə olacaq” və “İran rejiminin Güney Azərbaycana hərtərəfli düşmənçiliyi” - VİDEO
“Dəyirmi masa”da müzakirə: “Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir”- VİDEO
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
“Sözümüz” verilişində müzakirə: “İran rejiminin Güney Azərbaycana qarşı basqıları”-VİDEO
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
İran prezidentinin Təbrizə səfəri planlaşdırılır
İran prezidenti Təbrizə səfər edib