SON XƏBƏRLƏR

Zərif: “NPT-dən çıxmaq bizim müzakirə etdiyimiz variantlardan biridir”

2021.10.20, 07:36
Zərif: “NPT-dən çıxmaq bizim müzakirə etdiyimiz variantlardan biridir”

Gunaz.tv

GünAz TV: İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif bildirib ki, Nüvə Silahının Yayılmaması haqqında Sazişdən çıxmaq İranın seçimlərindən biri ola bilər.

 

“İran İslam Respublikasının variantları çoxdur. Ölkə rəsmiləri hazırda onları araşdırırlar. Hansı addımların atılacağı ilə bağlı çoxsaylı variantlar var, Nüvə Silahının Yayılmaması haqqında Sazişdən çıxmaq isə onlardan biridir”- deyə İran xarici siyasət idarəsinin rəhbəri deyib.

 

Xatırladaq ki, Zərifin bu çıxışından 1 həftə öncə müxtəlif media qurumları tərəfindən Amerika Birləşmiş Ştatlarının İranı NPT müddəalarını pozmaqda ittiham edəcəyi ehtimalı ilə bağlı xəbərlər yayılmışdı.

 

İran rəsmiləri bundan öncə də dəfələrlə Qərbi qeyd edilən sazişdən çıxacaqları ilə bağlı təhdid ediblər. ABŞ-ın nüvə razılaşmasından çıxması və rəsmi Tehrana qarşı neft sanksiyaları qəbul etməsindən sonra bu təhdidlər daha da şiddətlənib.

 

1 il öncə o dövr “Sepah” komandanının müavini olan Hüseyn Salami bildirmişdi ki, təmsil etdiyi qurum “dövlətə Qərb rəsmilərinə İranın nüvə razılaşması və Nüvə Silahının Yayılmaması haqqında Sazişdən çıxacağını, daha sonra isə öz nüvə fəaliyyətlərini genişləndirəcəyini bəyan etmək barədə təklif irəli sürüb”.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar