Zərif: “Nüvə sazişi yenidən müzakirə olunası deyil, vəssalam”

2021-03-05 14:16

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif martın 4-də “Twitter” səhifəsində paylaşım edərək ABŞ Dövlət Departamentinin rəhbərinin müavini vəzifəsinə namizəd Vandi Şermanın İran və nüvə sazişi ilə bağlı son bəyanatına reaksiya verib.

Gunaz.tv Quote | Gunaz article

Zərif bildirib ki, rəsmi Tehran 2015-ci ildə İranla Qərb arasında imzalanmış nüvə razılaşması barədə təkrar danışıqlar aparılmasını qəbul etməyəcək: “Nüvə sazişi yenidən müzakirə olunası məslə deyil, vəssalam. 


Əgər 2021-ci il 2015-ci il deyilsə, 1945-ci il də deyil. O zaman gəlin BMT bəyannaməsini dəyişib Amerika Bİrləşmiş Ştatları tərəfindən bu qədər sui-istifadə edilən veto haqqını ləğv edək. Gəlin jest etməkdən və hər ikimizin də 2003-cü ildən 2012-ci ilə qədər etdiyimizdən əl çəkib, ikimizin də imzaladığımız nüvə sazişinin (“Bərcam”ın) icrasına üz tutaq”, -deyə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter” səhifəsində etdiyi paylaşımında bildirib.


Xatırladaq ki, Vandi Şerman martın 3-də Amerika Senatının xarici əlaqələr komitəsində çıxış edərək, prezident Co Bayden hökumətinin İranla imzalanmış nüvə sazişinə qayıtmasının mümkün olmamadığından danışıb.

Vandi Şerman

 
O deyib ki, baxmayaraq ki, Co Bayden hökumətinin nüvə sazişinə qayıtması mümkün deyil: “Artıq regionun geosiyasi durumu 6 il əvvələ nisbətən tamamilə dəyişib. Məhz buna görə də hesab edirəm ki, Amerikanın 2015-ci ildə bağlanmış nüvə sazişinə qayıtması mümkün deyil.


Amerika İranla daha uzunmüddətli və daha möhkəm bir razılaşmanın əldə olunmasının tərəfdarıdır. Mən, Amerikanın yeni hökumətinin İranla bağlı necə bir siyasət yürüdəcəyini bilmirəm. Lakin bildiyim odur ki, Co Bayden hökuməti İranın nüvə silahına yiyələnməsinin qarşısını almaqda qərarlıdır.


İran nüvə razılaşmasına qayıtmalı və onun şərtlərini tam icra etməlidir. Bayden hökuməti də buna çalışır. İran sazişə qayıdıb öhdəliklərinə əməl edəndən sonra biz də sazişə qayıdacağıq”, deyə ABŞ Dövlət Departamentinin rəhbərinin müavini vəzifəsinə namizəd Vandi Şerman Senatının xarici əlaqələr komitəsindəki çıxışında bəyan edib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ukraynanın keçmiş baş naziri vəfat edib

2021-08-05

gun az article

İranda 5 ticarət gəmisi yandı

2021-08-05

gun az article

Ağsuda dağlıq ərazidə başlayan yanğın meşəliklərə yaxınlaşır

2021-08-05

gun az article

Mikayıl Cabbarov: "Altı ayda aktiv vergi ödəyicilərinin sayı 3,9% artıb"

2021-08-05

gun az article

Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib-VİDEO

2021-08-05

gun az article

Bayden Ermənistan və Azərbaycanı danışıqlara çağırdı

2021-08-05

gun az article

"Yanğın söndürülənə qədər Türkiyədə qalacağıq" - Cavid Qəhrəmanov

2021-08-05

gun az article

Azərbaycanın amfibiya təyyarəsi Türkiyəyə yola salınıb-VİDEO

2021-08-05

gun az article

ABŞ-da miqrantları daşıyan avtobus aşıb, 11 nəfər ölüb, 12 nəfər yaralanıb

2021-08-05

gun az article

Mövlud Çavuşoğlu: “Cənab İlham Əliyevin təlimatı əsasında sabah Azərbaycandan Türkiyəyə yeni heyət gələcək”

2021-08-04

gun az article

Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi

2021-08-04

gun az article

Azərbaycanda 996 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

2021-08-04

gun az article

Suriyada Əsəd hərbçilərinin avtobusu partlayıb, ölən və yaralananlar var

2021-08-04

gun az article

İran tərəfindən qaçırıldığı iddia olunan gəmi BƏƏ sahillərində sərbəst buraxılıb

2021-08-04

gun az article

Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb

2021-08-04

gun az article

Azərbaycan və Yaponiya XİN başçıları telefonla danışdı

2021-08-04

gun az article

Daha 3 qazimiz Türkiyəyə göndərildi

2021-08-04

gun az article

Füzulidə daha bir erməni hərbçinin qalıqları tapıldı

2021-08-04

gun az article

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub

2021-08-04

gun az article

Türkiyə və Azərbaycan yanğınsöndürənləri Dənizli bölgəsindəki yanğını söndürüb

2021-08-04