İran xarici İşlər naziri Məhəmməd Cavad Zərif aprelin 4-də mediaya açıqlamasında Tehranla Pekin arasında imzalanmış 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”ndən danışıb.
Gunaz.tv
Öz açıqlamasında dolayısı ilə ölkə əhalisinin onu vətənə xəyanətdə günahlandırılmasına toxunan Zərif, İran İslam Respublikasının xarici əlaqələrinin qarşıdan gələn illərdə hansı istiqamətdə inkişaf edəcəyinə münasibət bildirib.
“Ölkədə hamı elə təsəvvür edir ki, mən bu sənədi oxumadan imzalamışam. Heç kəs başa düşmür ki, bu razılaşmanın mətnini biz özümüz yazmışıq və şəxsən mən özüm həmin sənədin mətnini ötən il Çin tərəfinə təqdim etmişəm.
Mənim şəxsi qənaətimə görə, önümüzdəki on ildə İran İslam Respublikasının xarici əlaqələri əsasən Çin və Rusiyaya söykənəcək. Daha doğrusu bizim xarici əlaqələrimizin güvənc yeri bu iki ölkədən asılı olacaq.
Biz Rusiya ilə də strateji bir razılaşmanın imzalanmasının tərəfdarıyıq. Lakin Xəzər dənizi konvensiyası haqqında danışmaq istəmirik.
Hazırda dünyada qüvvələr balansının dəyişməsi prosesi gedir və Amerika beynəlxalq arenasa müxtəlif güclərin meydana çıxmasına mane olmağa çalışır.
Biz, balanslı münasibətlərimiz olmadan heç kəslə yaxşı münasibətlər qura bilmərik. Lakin bir problemimiz var. O da burur ki, bizim ölkənin bürokratik sistemi Çin və Rusiyaya ilə münasibətdə müsbət deyil və ölkənin ictimai rəyinin Rusiya və Çinə qarşı təsirlənmə gücü çox yüksəkdir”, -deyə İran xarici İşlər naziri Məhəmməd Cavad Zərif mediaya açıqlamasında Tehranla Pekin arasında imzalanmış 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”ndən danışarkən bildirib.
A.M