Zərif: “Qasım Süleymaninin öldürülməsinə rəğmən, hələ də Amerika ilə müzakirə qapısı açıqdır”

27.01.2020, 13:10

GünAz TV: İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Sepah”ın “Qüds Briqadası”nın komandanı Qasım Süleymaninin öldürülməsinə baxmayaraq, hələ də Amerika Birləşmiş Ştatları ilə müzakirə qapısının açıq olduğunu deyib.

 

O, ABŞ-la birbaşa deyil, yalnız 5+1 formatında danışıqlar aparmağın mümkün olduğunu bildirib.

 

Zərif həmçinin qeyd edib ki, danışıqlara başlamaq üçün rəsmi Vaşinqton sanksiyaları qaldırmalı və İrana dəyən zərər qarşılığında kompensasiya ödəməlidir.

 

“Donald Tramp hələ də ikitərəfli danışıqlar aparmaq xəyalındadır. Müzakirələr aparmağın yegənə yolu onun tərk etdiyi 5+1 formatıdır”,- deyə İran XİN-in rəhbəri Twitterdə yazıb.

 

Zərif həmçinin Almaniyanın “Şpigel” dərgisi ilə də Amerika ilə İran arasında yaşanan son gərginliklərlə bağlı müsahibə verib. O, jurnalistin Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ ilə yenidən müzakirə aparıb-aparmayacaqları barədə ünvanladığı suala cavabında qeyd edib ki, hələ də müzakirə qapısı açıqdır.

 

“Qasım Süleymaninin öldürülməsinə rəğmən, hələ də Amerika ilə müzakirə aparmaq qapısı açıqdır. Mən insanların öz yanaşmalarını dəyişəcəkləri və reallığı qəbul edəcəklərinə inanıram. Bizim üçün Ağ Evdə kimin oturduğu önəmli deyil, onun rəftarları əhəmiyyət daşıyır. Tramp administrasiyası atdığı addımları dəyişə, sanksiyaları qaldıra və müzakirə masasına geri dönə bilər”,- deyə Zərif əlavə edib.

 

Tramp Zərifin fikirlərinə Twitterdə reaksiya verib:

“İranın Xarici İşlər naziri sanksiyaların qaldırılması şərti ilə ABŞ-la müzakirə aparmaq istədiklərini deyib. Yox. Təşəkkürlər”,- deyə Tramp qeyd edib.

 

Zərif isə bildirib ki, Amerika prezidenti onun sözlərini “düzgün dəyərləndirə bilməyib”.

 

Xatırladaq ki, Tramp 2015-ci ildə imzalanmış nüvə razılaşmasını tərk etdikdən sonra İranın raket proqramı və regionda yürütdüyü təxribatçı siyasətlərin də dayandırılmasını ehtiva edən yeni razılaşma əldə etmək istədiklərini bəyan edib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Suriyada daha bir SEPAH zabiti öldürüldü

2023-04-02

gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01