GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Xersonda yüzlərlə insan itkin düşüb
İran Rusiyaya "Şahed" istehsalı zavodunun tikintisinə kömək edir
“Körpü” verilişində müzakirə: “İranda qadınların son vəziyyəti” və “İranda tutuqlanan Azərbaycan vətəndaşları” -VİDEO
Bu ölkə Moskvadakı səfirliyini bağlayır
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
İran iki yeni AES-in tikintisinə başlayıb
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
"Qacarın yaratdığı fürsəti qaçırdıq"-İranlı sosioloq
İranda daha iki məhbus edam edildi
Türkiyə Kosovadakı NATO ordusuna rəhbərlik edəcək
GünazTV: Nyu-Yorkda səfərdə olan İranın xarici işlər naziri Məhəmmədcavad Zərif sentyabrın 23-də CBS telekanalına müsahibəsində Səudiyyə Ərəbistanının Aramco neft təsisatlarına hücuma toxunaraq, regionda yeni bir savaşın baş verə biləcəyindən danışıb.
Ölkəsinin Aramco təsisatlarına hücumda rol oynadığı ilə bağlı yayılan məlumatları təkzib edən Zərif deyib ki, o, ölkəsinin baş verə biləcək savaşın qarşısını almaq iqtidarında olub-olmaması barədə qəti fikir söyləyə bilməz: “Regionda müharibənin qarşısını ala biləcəyimizə əmin deyiləm. Lakin yalnız onu deyə bilərəm ki, əgər hər kəs bu savaşı başlasa, o artıq bu müharibəni bitirən tərəf olmayacaq. Daha doğrusu, belə bir müharibə regionla məhdudlaşmayacaq” –deyə İranın xarici işlər naziri Məhəmmədcavad Zərif əlavə edib.
Zərif həmin gün “Twitter” səhifəsində paylaşdığı bir yazıda üç Avropa ölkəsi rəhbərlərinin birgə bəyanat yayaraq, İranı Səudiyyə Ərəbistanının neft təsisatlarına hücumda günahlandırılmasına və rəsmi Tehranı yeni nüvə danışıqlarına çağırmasına da münasibət bildirib.
Ölkəsinin Aramco neft təsisatlarına hücumların arxasında olduğunu təkzib edən Zərif deyib ki, rəsmi Tehran nüvə fəaliyyətləri ilə bağlı Qərblə hər hansı bir yeni danışıqlara getməyəcək: “Amerikanın 2018-ci ilin may ayında nüvə sazişindən çıxmasından sonra üç Avropa ölkəsinin sazişlə bağlı öz üzərlərinə götürdükləri öhdəliklərin icrasında uğursuz qaldıqları tam bəlli idi.
Bu nöqsanın aradan qaldırılması üçün də bircə həll yolu var. O da budur ki, Amerikanın razılaşma ilə bağlı ziddiyyətli tələb və iddialarını ortaya qoymaqdansa, müstəqil bir yol tapmaq üçün iradə olmalıdır. Hesab edirik ki, hazırkı nüvə sazişin tam icrasından əvvəl yeni bir razılaşmaya nail olmaq üçün danışıqlar aparılması mümkün deyil” – deyə Zərif bəyan edib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 74-cü sessiyasına qatılmaq üçün Nyu-Yorka səfər edən Fransa, Almaniya və Böyük Britaniya rəhbərləri sentyabrın 23-də birgə bəyanat yayaraq, Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı hücumların arxasında İranın durduğunu bildiriblər.
Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Britaniyanın baş naziri Boris Consonun yaydığı birgə bəyanatında deyilir ki, Aramco-ya hücumların birbaşa səbəbkarı İrandır: “Aydın məsələdir ki, Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı hücumların arxasında İran durur. Bununla bağlı başqa mümkün hər hansı bir izahat yoxdur. Hesab edirik ki, İran qonşularına qarşı provokasiya aparmaq əvəzinə dialoq yolunu seçməlidir. Biz, həmçinin hesab edirik ki, İran hökumətinin apardığı nüvə və raket proqramı barədə, eləcə də regionun təhlükəsizliyi ilə bağlı uzunmüddətli danışıqlara qatılmasının zamanı çatıb” –deyə bəyanatda bildirilir.
Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.
Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.
A.M
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
Oğluna Huntay adı qoymuş culfalı ana 5 ildir sənəd ala bilmir
Urmu sərhəd alayının zabiti öldürüldü
"Amerika ilə İran arasında hər hansı razılaşma yoxdur"-Con Kirbi
İsfahanın tarixi məscidləri çatlayır
ABŞ Ukraynaya 2 milayrdlıq silah verəcək
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə telefonla danışıb
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Rusiyaya çağırış edib
Güneyli fəal elektron qandalla sərbəst buraxıldı
İran prezidenti Təbrizə səfər edib
“Yeni nazir Ərdoğanın varisi ola bilər”-Politoloq
“Azərbaycan güneydəki soydaşlarımıza praktiki dəstəyi reallaşdıra bilər”-Politoloq
İranda rəzalət: Bəhailər ölülərini dəfn edə bilmir
“Parlaq gələcək”: “Azərbaycan-İraq əlaqələri necə olacaq” və “İran rejiminin Güney Azərbaycana hərtərəfli düşmənçiliyi” - VİDEO
“Dəyirmi masa”da müzakirə: “Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir”- VİDEO
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
“Sözümüz” verilişində müzakirə: “İran rejiminin Güney Azərbaycana qarşı basqıları”-VİDEO
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
İran prezidentinin Təbrizə səfəri planlaşdırılır
İran prezidenti Təbrizə səfər edib