SON XƏBƏRLƏR

Zərif: “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil etmək təhlükəli və qanunsuz bir addımdır”

2021.10.20, 07:36
Zərif: “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil etmək təhlükəli və qanunsuz bir addımdır”

Gunaz.tv

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif BMT-nin baş katibi Antonio Quterreşə məktub yazaraq, Amerikanın “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil etməsinə etiraz bildirib.

 

Məktubda bildirilir ki, Amerika hökumətinin bu qərarı, regionun və dünyanın sülh və təhlükəsizliyinə qarşı ciddi bir təhdiddir: “Sepah”ı terrorçu təşkilatlar siyahısına daxil etmək təhlükəli və qanunsuz bir addımdır. Hesab edirik ki, Amerikanın bu təhrikamiz addımı, bölgədə yaşanan çaxnaşmaları nəzarətdən çıxararaq, qarşıdurma səviyyəsinə gətirib çıxara, əvvəllər də çoxlu problemlərlə üz-üzə qalan regionda xoşagəlməz olayların baş verməsi təhlükəsini artıra bilər. Aydın məsələdir ki, bu qanunsuz və təhlükəli qərarın sonrakı fəsad və nəticələrinə görə Amerika Birləşmiş Ştatları və onun regional müttəfiqləri məsuliyyət daşımalı olacaq” –deyə Zərif əlavə edib.

 

Vaşinqtonun “Sepah”ı terrorçu qruplar siyahısına daxil etməsindən bir neçə saat sonra, Məhəmmədcavad Zərifin təklifi ilə İranın Ali Milli Təhlükəsizlik Şurası aprelin 8-i gecə saatlarında bəyanat yayaraq, ABŞ-ın Asiyanın qərbindəki Mərkəz Komandanlığını (CENTCOM) və amerikalı əsgərləri terrorçu qrup adlandırıb.

 

İranın Ali Milli Təhlükəsizlik Şurası

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də bəyanat yayaraq, İran İnqilab Keşikçiləri Korpusunu (Sepah-ı) terrorçu təşkilatlar siyahısına daxil etdiyini rəsmən elan edib.

 

 

Bəyanatında deyilir: “Bu gün mən mühacirət və vətəndaşlıq məcəlləsinin 219-cu bəndini rəhbər tutaraq, hökumətimin “Sepah”ı və onun “Qüds” qanadını xarici terror təşkilatı kimi tanımaqla bağlı qərarını elan edirəm. Dövlət Departamentinin rəhbərliyi altında atılan bu misilsiz addım, İranın təkcə terrorizmi dəstəkləyən dövlət olduğunu deyil, eləcə də “Sepah”ın bir dövlət qurumu kimi terror aktlarında fəal iştirak etdiyini və terrorizmin yayılmasını maliyyələşdirdiyini göstərir. “Sepah”, İran rejiminin dünyada terrorizmi idarə və təbliğ etməsi və onu maliyyələşdirməsi üçün əsas alətlərdən biridir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar