SON XƏBƏRLƏR

Zərif: “Xarici ölkələrin körfəzdə mövcudiyyəti qeyri-stabillik mənbəyidir”

2021.10.20, 07:36
Zərif: “Xarici ölkələrin körfəzdə mövcudiyyəti qeyri-stabillik mənbəyidir”

Gunaz.tv

GünAz TV: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif körfəzi ölkəsi üçün “həyati yol” adlandırıb və qeyri-region ölkələrinin burada mənzinlənməsinin “təhlükəsizliyi sual altında qoyacağını” iddia edib.

 

Öz şəxsi “Twitter” səhifəsində yazdığı statusda Zərif körfəzi ölkəsinin “milli təhlükəsizlik prioriteti” adlandırıb və İranın “öz təhlükəsizliyini qorumaq üçün tərəddüd etməyəcəyini” qeyd edib.

 

Zərifin bu sözləri İsrailin körfəzdə Amerikanın rəhbərliyi altında yaradılacaq koalisiyaya qoşulacağı ilə bağlı yayılan xəbərlərə reaksiyadır.

 

Avqustun 8-də İsrailin media orqanları bu ölkənin xarici işlər nazirinYisrael Katza istinadən rəsmi Tel-Əvivin sözügedən koalisiyaya qoşulacağı barədə məlumat yaymışdılar.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu xəbərlərə münasibətində ölkəsinin “İsrailin körfəzdə mənzillənməsi təhdidinə qarşı mübarizə haqqının olduğunu bildirmişdi”.

 

Qeyd etmək lazımdır ki, son 2 il ərzində İsrail Suriyada döyüşən “Sepah” terror təşkilatının üzvləri, eləcə də İrana bağlı yaraqlılar və bu ölkənin hərbi obyektlərinə çoxsaylı hava zərbələri endirib. Nəticədə yüzlərlə “Sepahçı” və yaraqlı həlak olub. İran isə bütün bunlara İsraili öz bəyanatlarında təhdid etməklə cavab verib.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar