SON XƏBƏRLƏR

Zərifdən Amerika ilə Talibanın sülh razılaşmasına münasibət: "ABŞ təslim oldu"

2021.10.20, 07:36
Zərifdən Amerika ilə Talibanın sülh razılaşmasına münasibət: "ABŞ təslim oldu"

Gunaz.tv

GünAz TV: İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatları ilə Taliban arasında əldə edilmiş sülh razılaşmasına münasibət bildirib.

 

Sülh razılaşmasını yazdığı "Twitter" statusunda "Amerikanın təslim olması" kimi xarakterizə edən Zərif həmçinin rəsmi Vaşinqtonu regionda "xaos yaratmaq"da ittiham edib.

 

Ötən gün İranın Xarici İşlər Nazirliyi yaydığı bəyanatda da sözügedən sülh razılaşmasına mənfi reaksiya vermişdi.

 

Xatırladaq ki, fevralın 19-da ABŞ ilə Taliban arasında tarixi sülh müqaviləsi imzalanıb. 30 ölkənin nümayəndəsinin iştirakı ilə baş tutan tərəflərin görüşünə İran dəvət edilməmişdi. Sülh razılaşması əsas 4 müddəanın üzərində təmərküzləşib. Onlar aşağıdakı kimidir:

 

* Talibanın Əfqanıstan ərazisindən Amerika və onun müttəfiqlərinin təhlükəsizliyinə qarşı istifadə etməyəcəyinə zəmanət


* Amerika və Nato qüvvələrinin 14 ay ərzində Əfqanıstanı tamamilə tərk etmələrini əks etdirən cədvəlin hazırlanması


* Əfqan tərəflər arasında martın 10-da görüşün keçirilməsi


* Əfqan tərəflər arasında müzakirələr aparılan zaman hərtərəfli sülhün əldə edilməsi üzərində danışıqların baş tutması

 

Ötən həftə Amerikanın Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Konqresdə etdiyi çıxış zamanı bildirmişdi ki, ölkəsi Əfqanıstanda sülh prosesini pozmaq istiqamətində İranın atacağı bütün addımları yaxından izləyəcək.

 

Digər tərəfdən, sülh razılaşmasının imzalanması Əfqanıstanda müharibənin sona çatdıracağından və bununla da İranın Talibandan istifadə edərək, öz regional maraqlarını həyata keçirməsinə xitam verəcəyindən, iranlı rəsmilər bütün vəchlə sülh prosesini pozmağa çalışırlar. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar