SON XƏBƏRLƏR

Zərifin baş müşaviri koronavirusa yoluxub

2021.10.20, 07:36
Zərifin baş müşaviri koronavirusa yoluxub

Gunaz.tv

GünazTV: İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü, İran xarici işlər nazirinin baş müşaviri Məhəmməd Sədr koronavirusa yoluxub.

 

Bu barədə, İranın “entekhab.ir” saytının baş redaktoru Mustafa Fəqihi və digər hökumət saytları martın 5-də məlumat yayıb.

 

Yayılan məlumatda bildirilir ki, İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin nəvəsi Yasər Xomeyninin qayınatası olan Məhəmməd Sədrin korona virusuna yoluxması ilə bağlı götürülən testlər müsbət çıxıb.

 

Məhəmməd Sədrin hazırkı səhhəti və onun Tehranın hansı xəstəxanasında müalicə alması mediaya açıqlanmayıb.

 

 

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi martın 5-də bəyanat yayaraq, ölkədə virusdan ölənlərin sayının 107-yə, yoluxanların sayının 3 min 513 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

Həmin mənbələrin dediyinə görə, İran rejimi ölənlərin sayını azaltmaqla, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar