Üzeyir Hacıbəylinin anım günüdür

23.11.2022, 10:23

Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür. Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin vəfatından 72 il ötür.

Gunaz.tv Quote | Gunaz article

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. 

Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 112 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub.

Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci ildə oynanılıb.

Hər il sentyabrın 18-i - Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. 

Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi isə “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. 

“Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında da dəfələrlə göstərilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır, dahi bəstəkar daha sonra “O olmasın, bu olsun” operettasını yazıb.  Üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır.

Bu operetta 86 xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” bir neçə dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. 

Hətta 1940-ci illərdə  Amerikada ermənilər tərəfindən də çəkilib. Titrlərdə Ü.Hacıbəylinin adını qeyd etməyən mənfur düşmən, əvəzinə “Şərq əfsanəsinin motivləri əsasında” sözlərini yazıb.  Daha sonra afişalarda  “Arşın mal alan” erməni operettalarının kralıdır” sözləri çap olunub.

Üzeyir bəyin zəngin musiqi və ədəbi irsi Azərbaycan mədəniyyətinin tükənməz xəzinəsidir, xalqımızın mənəvi sərvətidir.  Onun ədəbi irsi də çox qiymətlidir.

O, 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Əslində, Üzeyir bəyin özü elə Azərbaycan musiqisinin şah əsəridir və bu əsər illər ötdükcə zövqümüzü oxşamaga davam edəcək.

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zəncanlı idmançı Elnaz Rikabinin ailəsinə təzyiq göstərilir

2022-12-03

gun az article

Təbrizli media fəalına təzyiq göstərilir

2022-12-03

gun az article

Güneyli  xanım fəalın taleyindən xəbər yoxdur

2022-12-03

gun az article

Öldürülən güneyli gənc Cavad Heydərinin qardaşlarına həbsxanada təzyiq göstərilir

2022-12-03

gun az article

“Körpü”də müzakirə: “Azərbaycan və hüdudları” və “İrandakı son durum və Azərbaycan” - VİDEO 

2022-12-03

gun az article

Anadili hərəkatı məhbusu Əlirza Fərşi barəsindəki məhkəmə hökmləri birləşdirilib

2022-12-03

gun az article

Milli fəal Cavad Əhmədi Yekanlı müvəqqəti azadlığa buraxılıb

2022-12-03

gun az article

"Güney Azərbaycanda dövlət qurmalıyıq"-Əhməd Obalı-VİDEO

2022-12-02

gun az article

Savə şəhərində azərbaycanlı ələvi həbs edilib

2022-12-02

gun az article

Güney Azərbaycanın tanınmış şairi Məftun Əmini dünyasını dəyişib

2022-12-02

gun az article

Zənganlı milli fəal Fərşid Mühaciriyə həbs cəzası verildi

2022-12-02

gun az article

Urmulu milli fəal Meysəm Şirini müvəqqəti azadlığa buraxılıb

2022-12-02

gun az article

“Sözümüz”: “Kürd basqısına məruz qalan Kərkük” - VİDEO

2022-12-02

gun az article

Güney azərbaycanlılar Vaşinqtonda aksiya keçirəcək

2022-12-02

gun az article

“Görüş”də müzakirə: “Milli dövlətçilik zərurəti” və “Etirazlar və rejimin qorxuya düşməsi” -VİDEO

2022-12-01

gun az article

“Özümüz”: “Güney Azərbaycan ücün nə iş görməliyik?” - VİDEO

2022-12-01

gun az article

Azərbaycanlı hüquq müdafiəçisi Ruqəyyə Bəydilli müvəqqəti azadlığa buraxılıb

2022-12-01

gun az article

Ərdəbilli milli fəalın məhkəməsi olub

2022-12-01

gun az article

Bakıda “Urmiya gölünün harayı” adlı “dəyirmi masa” keçirilib

2022-11-30

gun az article

Güneyli xanım fəala həbs cəzası verilib

2022-11-30