SON XƏBƏRLƏR

Yüzlərlə kinematoqraf və mədəni fəal məhbus kinorejissorların həbsini pisləyib

2022.07.10, 14:43
Yüzlərlə kinematoqraf və mədəni fəal məhbus kinorejissorların həbsini pisləyib

Gunaz.tv

Bəhram Beyzayi, Əsğər Fərhadi, Cəfər Pənahi, Babək Əhmədi, Rza Darmişian, Tərane Əlidusti, Əbdulrza Kahani kimi tanınmış şəxsiyyətlərin imzaladığı bu bəyanatda Rəsulov və Al Əhmədin həbsi planlı hücum kimi qiymətləndirilib.

Bəyanatda daha sonra təhlükəsizlik və əlaqədar qurumların müstəqil və azad düşüncəli kinorejissorlara qarşı davamlı təzyiqləri pislənilir, onlar fərdi və sosial hüquqlara hörmət etməməkdə ittiham olunur.

Bununla yanaşı Berlin Beynəlxalq Film Festivalı da iranlı kinematoqrafların həbsini pisləyib.

Berlin Beynəlxalq Film Festivalının rəhbərləri Marite Rizenbik və Karlo Çatrian yaydıqları bəyanatda İran rəsmilərini həbsdə olan kinematoqraflar Məhəmməd Rəsulov və Mustafa Al Əhmədi azad etməyə çağırıblar.

"Biz adıçəkilən kinematoqrafların həbs edilməsindən ciddi narahatıq. İncəsənət xadimlərinin zorakılığa qarşı dinc səylərinə görə tutulması şokedicidr",- deyə, bəyanatda vurğulanır.

Qeyd edək ki, iyulun 8-də İranın tanınmış rejissorları Məhəmməd Rəsulov və Mustafa Al Əhməd Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları tətərindən saxlanılıb.

Onların Xuzistanda "Metropol" ofis binasının uçmasından sonrakı narazılıqlar zamanı bir qrup iranlı kino xadiminin polisə etdiyi müraciətə ə sosial mediada etdikləri paylaşımlara görə həbs edildikləri bildirilir.

Qeyd edək ki, mayın 29-da 100 rejissor və kinematoqrafçının “silahını yerə qoy” başlıqlı bəyanatından sonra İranın təhlükəsizlik məmurları bəyanatı imzalayanları təhdid etməyə başlayıblar.

Sözügedən bəyanatda müəlliflər silahlı qüvvələri və polisləri silahlarını yerə qoymağa və xalqa qarşı başladılan repressiyalarda iştirak etməməyə çağırıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar