SON XƏBƏRLƏR

Qəzvin əyalətində qazın verilişi dayandırılıb

2023.01.12, 15:26
Qəzvin əyalətində qazın verilişi dayandırılıb

Gunaz.tv

Qəzvin əyaləti Qaz Şirkəti bununla bağlı abunəçilərə mesaj göndərərək axşam saat 18-dən səhər saat 09-a kimi qazın verilişinin dayandırılacağını bildirib.

Bundan iki gün öncə Qərbi Azərbaycan əyalətinin də 14 dövlət idarəsinə qaz verilişi dayandırılıb.

Qeyd edək ki, son günlər İranın neft-kimya, polad, sement və elektrik stansiyaları sənayeləri ilə yanaşı sonra 840 dövlət, ictimai təşkilat və mərkəzə də qazın verilişi dayandırılıb.

Bildirilir ki, soyuq mövsümlərdə qaz yataqlarının işlənilməməsi, qazın hasilatı, ötürülməsi və paylanması mərhələsində bir neçə il ardıcıl olaraq geniş itkilərə məruz qaldığı üçün ölkə ciddi qaz çatışmazlığı ilə üzləşir. (Axar.az)

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar