SON XƏBƏRLƏR

İran hökuməti Qəzvinə diqqət ayırmır: "Əyalətin mədəni infrastrukturu köhnəlib"- Vali

2021.10.20, 07:36
İran hökuməti Qəzvinə diqqət ayırmır: "Əyalətin mədəni infrastrukturu köhnəlib"- Vali

Gunaz.tv

Hidayətullah Camalipur bu barədə oktyabrın 18-də İranın İslami İrşad və mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili ilə görüşündə danışıb.

Qəzvinin mədəni və tarixi keçmişini xatırladan vali köhnəlmiş mədəni infrastrukturun əyalətin bu sahədə tutduğu yerə uyğun olmadığını bildirib.

O, bu problemin aradan qaldırılması, mədəni infrastrukturun yenilənməsi üçün əməli tədbirlərin görülməsini vacib sayıb.

Camalipur bunun qəzvinlilərin və mədəniyyət nümayəndələrin tələbi olduğunu deyib.

Onun fikirincə, yeni hökumət əyalətdə köhnə infrastrukturun yenilənməsi ilə yanaşı, yeni mədəniyyət mərkəzlərinin tikintisinə vəsait ayırmalıdır.

“Qəzvinin zəngin tarixi və mədəni keçmişi, saysız ədəbi-mədəni şəxsiyyətləri olub. Buna baxmayaraq, bu gün əyalətin mədəniyyət sahəsində durum acınacaqlıdır”-deyə, vali bu sahədə əyalətə  qarşı haqsızlıqdan gileylənib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar